Icma.az
close
up
RU
Çağımızın yeni xəstəliyi Bu şəxslər risk qrupuna daxildir

Çağımızın yeni xəstəliyi Bu şəxslər risk qrupuna daxildir

Metbuat saytına istinadən Icma.az xəbər verir.

"Qaraciyər yağlanması günümüzün ən önəmli sağlamlıq problemlərindən birinə çevrilib".

Metbuat.az xəbər verir ki, bunu Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Yılmaz Bilgiç bildirib.

O, bu xəstəliyin piylənmə, qeyri-sağlam qidalanma, hərəkətsizlik və spirt istehlakı səbəbilə sürətlə yayıldığını, ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb.

Son 30-40 ildə qaraciyər yağlanması hallarının əhəmiyyətli dərəcədə artdığını qeyd edən Prof. Dr. Bilgiç bu artımın əsas səbəblərini belə izah edib:

“Piylənmə, qeyri-sağlam qidalanma vərdişləri, oturaq həyat tərzi və spirt istehlakının artması qaraciyər yağlanmasının yayılmasında başlıca rol oynayır. Xüsusilə piylənmənin artması bu problemin daha da geniş vüsət almasına səbəb olur.”

Prof. Dr. Mehmet Özcan isə qaraciyər yağlanmasının üç əsas formada müşahidə olunduğunu bildirib:

"Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD): Adətən piylənmiş və şəkərli diabet xəstələrində görülür. Lakin genetik meyillilik səbəbilə normal bədən çəkisinə malik insanlarda da inkişaf edə bilər. Alkoqollu qaraciyər yağlanması - Uzun müddət davamlı spirt qəbulu nəticəsində yaranır. İkincili qaraciyər yağlanması - Metabolik sindrom və digər bəzi xəstəliklərin nəticəsində ortaya çıxır.

“Qaraciyər yağlanması əksər hallarda simptom vermədən irəliləyir. Bəzən xəstələr sağ üst qarın nahiyəsində ağırlıq və ağrı hissi ilə müraciət edirlər. Ancaq çox vaxt qan analizləri və ya təsadüfi ultrasəs müayinələri zamanı aşkarlanır. Ən yüksək risk qrupuna isə şəkərli diabeti olan, spirt qəbul edən və piylənmədən əziyyət çəkən şəxslər daxildir.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see250

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see125

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see122

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see120

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see120

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see119

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see117

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see117

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see117

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see115

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

06 İyul 2025 12:57see114

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see114

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see113

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see113

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see112

SEPAH iki əsgərini itirdi

06 İyul 2025 15:51see112

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see111

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see111

Sərxoş vəziyyətdə qəza etdi

06 İyul 2025 13:46see111

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri