Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Cahangir Mehdiyev: Heç vaxt aktyor olmaq istəməmişəm

Cahangir Mehdiyev: Heç vaxt aktyor olmaq istəməmişəm

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bayramlar və yubileylər keçilən yola nəzər salmaq, fikir bildirmək, müqayisə aparmaq, qiymətləndirmək üçün gözəl fürsətdir. Kaspi.Az avqustun 2-i - Milli Kino Günü ərəfəsində Əməkdar İncəsənət xadimi Cahangir Mehdiyevlə söhbət edib, onun həm kinorejissor, həm də aktyor kimi kinematoqrafiyamızda xidmətlərindən, həmçinin 127 yaşlı kinomuzun hazırkı vəziyyətindən danışıb.

Oxu.Az müsahibəni təqdim edir:

"Papaq" adını qaytaracağam"

- Cahangir müəllim, özünüzdən eşidək: milli kino tariximizdə nə qədər payınız var?

- Bu, mənim yaradıcılığım, Vətən və xalq qarşısında yazdığım ssenarilərdir, müxtəlif janrlarda çəkdiyim bədii-sənədli, "Mozalan" studiyasında çəkilən filmlərdir. Bu, mənim kinomuza verdiyim töhfələrdir. 1979-cu ildə ilk dəfə "Diplom işi" filmimlə Azərbaycana beynəlxalq mükafat gətirmişəm. Mən iki institut bitirmişəm: beş il Azərbaycanda, beş il də Moskvada oxumuşam. Bütün yaradıcılığım boyu idmanla incəsənət mənim üçün ayrılmaz olub: idmanla möhkəmlənib, yığdığım qüvvəni incəsənətə həsr etmişəm. "Mosfilm" emblemi altında çəkən sonuncu və sağ qalan rejissor mənəm. Biri Əjdər İbrahimov idi, o, rəhmətə gedib. 1980-ci ildə "Mosfilim" kinostudiyasının nəzdində yaradılmış "Debüt" studiyasında "Vax!" ("Bıy!") kinokomediyasının quruluşçu rejissoru olmuşam. 1980-ci ildə "Mosfilm"də keçirilən beynəlxalq kinofestivalda "Vax!" "Ən yaxşı rejissor işinə görə", Minsk şəhərindəki kinofestivalda isə "Ən yaxşı komediya işinə görə" mükafatlarını qazanıb. Buna görə qürur hissi keçirirəm. Mənim "Mosfilm"də qalmağımı çox istəyirdilər. Çünki orada Əjdər İbrahimovdan başqa azərbaycanlı rejissor yox idi. Amma ailəm, övladlarım vardı. Ona görə "gərək öz vətənimə qayıdam" deyib geri döndüm.

- Peşman oldunuzmu?

- Yox, peşman deyiləm. Mən bir azərbaycanlı, bir ata, həm də yaradıcılığı milli-mənəvi dəyərlərə söykənən Cahangir Mehdiyev kimi vətənimə qayıtdım. Bütün yaradıcılığım Azərbaycanın klassik, milli-mənəvi dəyərlərinə söykənən ədəbiyyatı ilə bağlıdır. Kinoda Əbdürrəhim bəy Haqverdiyevə ilk dəfə mən müraciət etmişəm. Görkəmli yazıçının hekayəsi əsasında çəkdiyim filmin adını "Papaq" qoymuşdum. Amma bəzi məmurlar onu dəyişdirdilər. Filmə əlavə iki ad da qoydular. Moskvada prokat məqsədi ilə "Özündən asılı olmayaraq oğru", Azərbaycanda isə "Evlənmək istəyirəm" qoydular. Amma filmin ideya-bədii məzmunu "Papaq" idi. Təəssüf ki, o filmi Haqverdiyevin 150 illik yubileyi münasibəti ilə də nümayiş etdirmədilər. Baxmayaraq ki, bu, mənim filmlərim içərisində ən çox baxılan filmdir...

- Sonradan bizdə papaqdan bəhs edilən başqa film də çəkildi...

- Orxan Fikrətoğlu o addan istifadə etdi ki, bəlkə filmi populyar olar. Qısametrajlı bir film çəkdi. Eşitdiyimə görə, heç istədiyi kimi də alınmayıb. Mənim filmimi hər yerdə "Papaq" adı ilə tanıyırlar. Bir müəllif kimi mən öz hüquqlarımdan istifadə edərək, filmimin adını qaytaracağam.

"Kinonun şirin zəhəri ilə onda zəhərləndim"

- Yeri gəlmişkən, siz uşaqlıqdan filmlərə çəkilmisiniz. Sonradan niyə rejissor olmaq istədiniz? Rol təklif olunmurdu, yoxsa "özüm çəksəm daha çox məşhurlaşaram" istəyi vardı?

- Mən heç vaxt aktyor olmaq istəməmişəm. Uşaqlıqda 12 nömrəli bağçaya gedirdim. Rejissor Lətif Səfərov ilk dəfə məni "Bakı və bakılılar" filminə çəkdi. Özü gəlib məni seçdi və ilk rejissor tapşırığını mənə o verdi. Altı yaşımda rəssam kimi o filmdə kadra çəkildim. Kinonun şirin zəhəri ilə onda zəhərləndim.

- Siz Moskvada Georgi Daneliyanın emalatxanasında dərs almısınız. O vaxt Kinematoqrafiya İnstitutunun hansısa emalatxanasında oxumaq çoxlarının əlçatmaz arzusu idi. Demək olarmı, bir az da bəxtiniz gətirdi...

- Həqiqətən də mənim bəxtim gətirdi. Ozamankı İncəsənət İnstitutunda sənəd verəndə abituriyentlərlə görüş zamanı Rza Təhmasiblə tanış oldum. O "sənədlərini götür, keç aktyorluq fakültəsinə", - deyə təkid etdi. Mən "rejissorluq oxumaq, Mehdi Məmmədovun tələbəsi olmaq istəyirəm", - deyə etiraz elədim. Rza Təhmasib necə təsir elədisə, bir gün rektor Rahib müəllim məni çağırdı ki, "oğlum, sən bir il aktyorluq fakültəsində oxu, Rza Təhmasibin gözü nə üçünsə səni tutub. Səni ikinci kursda rejissorluğa keçirəcəyəm". Rektora nə deyə bilərdim? Bir il Rza Təhmasibin kursunda oxudum. Mənə yaxşı rollar da verdi. Yaşar Nuri də bizimlə bir kursda oxuyurdu. Sonra rejissorluq kursuna keçdim və əla qiymətlərlə bitirdim.

İnstitutu bitirib rejissor assistenti kimi "Azərbaycanfilm"ə təyinat aldım. Ədil İsgəndərov onda kinostudiyanın direktoru idi. Ədil müəllim dedi ki, mən təqaüdə gedirəm, gəl, səni Moskvaya göndərim, görürəm ki, çox istəyirsən. Sonuncu kadrımsan ki, sənin üçün qol çəkirəm.

Çox çətinliklə beş nəfərdən biri olub

- Bununla sizin üçün Moskvaya yol açıldımı?

- Məni həqiqətən də Moskvada imtahana dəvət elədilər. İmtahanı Georgi Daneliya qəbul edirdi. "Sənin artıq diplomun var. Neynirsən Kinematoqrafiya İnstitutunu? Ali rejissor kurslarına get, sonra kino çək" dedi. Mən də "bir şeyi bilirəm ki, heç nə bilmirəm. Bəlkə siz mənə bir şey öyrətdiniz", - deyə cavab verdim. "Səninlə bağlı hər şey aydındır. İmtahana dəvət etməmişdən yaradıcılıq işlərinlə tanış olmuşuq, gedə bilərsən", - deyə Daneliya bildirdi. Mənə hər şey qaranlıq qaldı.

Bu, SSRİ-də yeganə institut idi ki, kinorejissorluq fakültəsinə qəbil olmaq üçün cəmi beş yer vardı. Qalan beş nəfər müqavilə əsasında Avropa ölkələrindən qəbul olunurdu. Yeganə abituriyent oldum ki, qabiliyyət imtahanlarının üçündən də "5" aldım. Amma qəbul olmağıma maneələr də oldu. Rektor bildirdi ki, gərək üç il işləyib sonra instituta gələrdin. O zaman Müslüm Maqomayevin əmisi Moskvada işləyirdi. Ona müraciət edərək "istehsalatdan ayrılmamaq şərti ilə gəlmişəm. Azərbaycanın vəsaiti hesabına oxuyacağam", - dedim. Sağ olsun, mənə o kömək etdi. Oxuduğum dövrdə məni tələbə cəmiyyətinin sədr müavini, həmçinin idman üzrə rəhbər seçdilər. Kinematoqrafiya İnstitutunda üç işim oldu: "Dərviş" adında kurs işi, "Aydınlaşdırın" və "Diplom işi" filmləri. "Diplom işi" filmi mükafat aldığına görə ümumittifaq prokatına getdi. Mənə müəllif kimi diplom verdilər, amma qazanclar onların hesabına köçdü.

- Bəs bütün sovet məkanında məşhur olan "Afonya", "Mimino" filmlərinə necə dəvət aldınız?

- Daneliya imkan daxilində tələbələrini filmlərinə dəvət edirdi. Bu, bizə maddi kömək idi. Mən də "Afonya", "Mimino" və "Kin-dza-dza" filmlərində epizodlarda çəkilmişəm. Daneliyadan xahiş etdim ki, boş vaxtlarımda onun yanında təcrübə keçməyə icazə versin. Sağ olsun, razılıq verdi. Bizim xüsusi münasibətimiz vardı. Ümumiyyətlə, Ümumittifaq Kinematoqrafiya İnstitutu böyük təcrübə məktəbi idi.

- Moskvadan qayıdandan sonra özünüzü rejissor kimi sübut etmək üçün hansı filmi çəkdiniz?

- Bakıda ilk tammetrajlı musiqili filmim Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığından oldu. Sonradan çəkdiyim filmlərin hamısı mənim üçün əzizdir. Bilirsiniz ki, "Kişi sözü" filmi xalqımız tərəfindən çox sevilib. Bu filmin rejissoru olsam da, müəllimim Daneliyanın tövsiyəsi ilə Niyaz roluna özüm çəkildim. Düzünü deyim ki, əsl idmançı görkəminə malik aktyor tapmaq asan deyildi. Buna görə də özümü Niyaz rolunda sınamaq qərarına gəldim. Əgər bu film ümumilikdə xalqımızın xoşuna gəlibsə, deməli, zəhmətim puç olmayıb. Mənim rejissor kimi gözəl işlərim var. Hələ "Rasim" filmini heç kəs görməyib. Parodiya janrında Azərbaycanda film çəkilməmişdi. Mən bu janrda iki film çəkmişəm.

"Mozalan"da işə qısametrajlı filmlə başladım"

- "Mozalan" studiyasına gətirdiyiniz dəyişiklik necə effekt verdi?

- "Mozalan"da işə qısametrajlı filmlə başladım. SSRİ kinematoqrafiyasında gürcü kinosunun böyük rolu olub. Georgi Daneliya, Eldar Şengelaya çox gözəl qısametrajlı filmlər çəkirdilər. Müəllimlərim "fikir nə qədər qısa olsa, o qədər aydın olar" deyirdilər. Mən "Diplom işi" üçün Aleksandr Ebanoidzenin "İmeretiya üslubunda evlilik" romanını azərbaycanlaşdırdım. İkicildlik qalın romanı 20 dəqiqəlik filmə çevirdim. Müəllif heyrətə gəlmişdi.

Məni "Mozalan"a Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə direktor və bədii rəhbər təyin etmişdilər. Xahiş elədim ki, "Mozalan" satirik kinojurnal adı ilə yox, qısametrajlı satirik və yumoristik filmlər studiyası kimi fəaliyyət göstərsin. Doğrudan da qəbul etdilər. "Mozalan"da Sabirin "Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə..." şerinə çəkilən filmlə başladım. Doğurdan da, "Mozalan", "Azərbaycanfilm" yatmışdı. Mən Sabirin, Haqverdiyevin yaradıcılığının, Molla Nəsrəddinin, atalar sözlərinin təsiri altında ibrətamiz, təsiredici qüvvəyə malik filmlərlə dövrün, zamanın nəbzinə uyğun işləməyə başladım. 2006-cı ildə İsveçrədə "Mozalan" studiyasının direktor-bədii rəhbəri kimi "Nüfuz və keyfiyyətdə lider - Avropa-2006" beynəlxalq mükafatına layiq görüldüm. Qayıdandan sonra düşündüm ki, bu, mənim simamda Azərbaycana verilən mükafatdır. Bir xatirə kimi, mükafatı Heydər Əliyev Fonduna hədiyyə etdim.

- Bəs "Mozalan"dan niyə ayrıldınız? Studiyanın sonrakı taleyi necə oldu?

- Nazirliyin kino şöbəsində olan dəyişikliklərdən sonra təklif olunan prinsiplərlə işləyə bilmədim. Onların təklif etdiyi üsullar məni qane etmədi. Mən vicdanın, ədalətin tərəfdarıyam, riyakarlıq, ədalətsizlik prinsipimə daxil deyil. Ona görə ərizə yazıb ayrıldım. Bildiyim qədər "Mozalan" indi ümumiyyətlə fəaliyyət göstərmir.

"Bu dünyada bir arzum var..."

- Niyə daha film çəkmirsiniz?

- Şərait o şərait deyil. Mən hətta bazara gedəndə də "indiki filmlər o deyil, niyə çəkmirsiniz?" deyə soruşurlar. Yaxşı film üçün zaman vacibdir. Əvvəllər bir komediya filmi çəkmək üçün bizə bir il yarım, adi film üçün bir il vaxt verirdi. İndi isə filmin çəkilişi üçün bir həftə vaxt verirlər. İstəyirlər hər həftə film çəkilsin, özü də pulsuz, havayı. Mən "tez-tez" çəkməyə öyrəşməmişəm. Ona görə də dedim ki, bu dünyada bir arzum var, amma deməyəcəyəm, o yerinə yetiriləndən sonra havayı çəkərəm. Arzum yerinə yetməsə, riyakarlıq və ədalətsizlik hesab edəcəyəm...

- İmkan yaradılsa, necə bir film çəkərsiniz?

- Yaxşı film... Mən İsa bəy Hacınskinin qohumlarındanam. Mənim nənəmlə onun həyat yoldaşı bacı olub. Yeganə bəydir ki, 2-ci Nikolay ona rəsmi "bəy" titulu verib. Onun haqında kitab nəşr olunub. Film çəkilişi ilə bağlı müraciət etmişik. Qismət olsa, onu çəkərdim. O vaxt "Anamın kitabı"nı çəkmək istədim, imkan vermədilər. Bəxtiyar Vahabzadə bir gün məni evinə dəvət etdi. Dedi ki, mənim bir "Atamın kitabı" adlı əsərim var, ondan istifadə edin. Oxudum, maraqlı idi. O filmdə Bəxtiyar Vahabzadənin özünü də çəkmək istəyirdim. Amma həmin vaxt o, artıq xəstə idi. İki hissəli film çəkmək istəyirdim - klassik və müasir dövrü. Amma yad münasibət göstərdilər. Təəssüf ki, qismət olmadı. O filmləri çəkmək üçün gözəl şərait lazımdır.

- Hazırkı kino aləmini necə xarakterizə edərsiniz?

- Kino sənəti hər dövlətin strateji obyektidir. Bu, bir silahdır, ondan düzgün istifadə eləmək lazımdır. Hazırda az da olsa yaxşı çəkilən filmlər var. Mən optimist adamam. İnanıram və əminəm ki, vaxt gələcək, kino sənəti hazırkından daha yaxşı vəziyyətdə olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Avqust 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri