Icma.az
close
up
RU
Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq Valdas Dambrauskas

Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq Valdas Dambrauskas

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Sabah" bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın "Levski" klubuna 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

"Əvvəlcə "Levski"ni növbəti mərhələ münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq".

- Heyət barədə fərq olmasa da, bu gün Sofiya ilə müqayisədə daha qorxaq "Sabah" gördük. Səbəb nə idi?

- Bilmirəm siz nəyə görə belə qorxaqlıq adlandırırsız? Oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə heç-heçədən bizi ayırdı. İnkişaf etməyimiz üçün çox şey var. Bugünkü oyunun birinci hissəsini təhlil etsəz, xətlər arası oyunçularımız necə açılırdı. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu , o da qolla nəticələndi. Bundan sonra risklər aldıq. Üçüncü zonaya gələrkən, daha dəqiq paslar çatışmırdı bizdə. Boşluqlar çatmağa çətinlik çəkirdik.

- Sizcə, "Sabah"ın bugünkü oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi? 

- Bu insanları nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadiona tərk etməyəcəkdilər. Amma onlara səbirli olmağa çalışıram. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyəti bir gündə yaratmaq mümkün deyil.  

- Etiraf edirsiz ki, Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effektlik azaldı? Uğursuz əvəzetmə olduğunu demək olar?

- Yanlış xatırlamıram ki, bu dəyişikliyi 70-ci dəqiqədən sonra etdik. Əlbəttə ki, hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuan qatqı versin. Qol vursaydılar, deyəcəkdiz siz necə oxuduz oyunu? Əfsuslar olsun ki, bu gün bu işləmədi. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parris də meydana daxil oldu.Cessinin yerinə Anatoli Nuriyev daxil oldu. Xəyal da həmçinin. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, Standart vəziyyətlərdən nəsə edək. Əfsuslar olsun ki, bu gün bu işləmədi.

- Sizcə, "Sabah" vaxtında lazımı sayda keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?

- Birinci hissədə rəqibin cəmi 1 zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. "Levski" əks-hücumlarda eç nə edə bilmirdi. Sadəcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. "Levski"yə qarşı oynayıdıq, Bolqarıstanda 2-ci idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. İkinci oyuna da təsiri oldu. Bizim oyunçularımız hər şeyi etdilər. Amma bunu həll yolu o demək deyil ki, oyunçuları göndərək, yenilərini gətirək. mən elə məşqçi deyiləm. Bu, həll yolu deyil. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, yeni sezon avrokuboklarda daha uğurlu çıxış edək.

- Liqada hədəf nədir?

- Çox yaxşı sualdır. Bizim məqsədimiz maksimum əlimizdən gələni edək ki, çempionatda hər matçdan qalib ayrılaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Avqust 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see243

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see189

Bu dəfə Zelenski ilə onlayn görüşəcək

13 Avqust 2025 11:40see164

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see136

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see134

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see133

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see131

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see131

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see130

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see129

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see128

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see125

Keyfiyyətlə yanaşı təhlükəsizlik də vacibdir TEXNOLOQ AÇIQLADI

13 Avqust 2025 10:18see121

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see119

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see118

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see118

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see118

Tibbi sabunda ölümcül xəstəliklərə yol aça bilən bakteriyalar aşkarlanıb

13 Avqust 2025 09:39see118

Azər Axşamdan onu öldürənlərə : Həmin xəbəri yayanlar... VİDEO

13 Avqust 2025 11:25see115

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri