Icma.az
close
up
RU
AccessBank dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi

AccessBank dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 AccessBank artıq ikinci dəfədir reallaşdırdığı “Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarını uğurla qeyd edir. Bu dəfə layihənin tərəfdaşları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əlavə qlobal səviyyəli “VİSA” şirkəti də qoşulub.

AccessBank-ın təşəbbüsü, KOBİA-nın dəstəyi və VİSA-nın əlavə maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etməkdir.   “Bizdən Biznesə” müsabiqəsi iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.

«Artıq iki ildir ki, “Bizdən Biznesə” layihəsini həyata keçiririk və məqsədimiz onu davamlı etməkdir. Çünki müraciət edən startap layihələrinin ildən-ilə daha maraqlı və innovativ olduğunu müşahidə edirik. Layihənin ilk ilində KOBİA-nın dəstəyi ilə uğurla həyata keçirilən bu təşəbbüsə bu il qlobal şirkət olan VISA-nın tərəfdaş kimi qoşulması layihənin davamlılığına olan inamımızı daha da gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, layihənin genişləndirilməsinə, mükafat fondunun və qaliblərin sayının artırılmasına imkan yaradıb. AccessBank artıq 20 ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək göstərir və bu yolda qarşılaşılan çətinlikləri yaxından tanıyır. Məqsədimiz bu layihə vasitəsilə yeni sahibkarların qarşılaşdığı əngəllərin aradan qaldırılmasına töhfə verməkdir», - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

Bu il 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarlarına uyğun olan 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxıb.

Final mərhələsində münsiflər heyətinin qərarına əsasən I yerin sahibi “Smarted Solutions” (Səfər İmanlı) şirkəti “Smart Cart” layihəsi ilə, II yerin sahibi “Lumimex” şirkəti “Günəş panelləri üçün örtüklərin istehsalı” layihəsi ilə, III yerin sahibi isə Elşən Hümbətov "Agritech Hydro Karabakh" layihəsi ilə elan olunub. Bundan əlavə, layihənin tərəfdaşı olan “VISA” şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva “İmaret Botanica” təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilib.

Layihənin şərtlərinə görə, I yerin sahibinə 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat verilib. Həmçinin “VISA” şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunub.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərzində AccessBank vasitəsilə ölkə daxili bütün bank əməliyyatlarında komissiya ödənişlərindən azad olunacaqlar.

“Bizdən Biznesə”-nin təşkilatçıları bu müsabiqə ilə startap ekosistemini gücləndirməklə sahibkarlıq mühitini daha da inkişaf etdirməyi, gənc və yenilikçi sahibkarları dəstəkləməyi hədəfləyirlər.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri