Camaat hələ indi oynayır, sən məni evə gətirmisən dedi, dava düşdü
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Biləsuvar rayonunda 1968-ci il təvəllüdlü Mehdi həyat yoldaşı Sevdaya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 30-da rayonunun kəndlərindən birində baş verib. Mehdi həmin gün saat 23 radələrində yaşadıqları evdə Sevda ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Onun sinə və bel nahiyyəsinə yumruqla zərbə vurub.
Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
İfadəsində göstərib ki, avqustun 30-da mal növbəsinə gedib: “Getməzdən öncə həmin gün qonşuluqda toy mərasimi olub. Mən Sevdaya gec gələcəyimi, toya getməsini dedim. Saat 19 radələrində mal növbəsindən evə gəldim. Sonra isə toya getdim. Toyda Sevdaya bildirdim ki, bacım evdə təkdir, evə get, həm də inəkləri sağ. Saat 22:30-da Sevdanın təkrar olaraq toya qayıtdığını gördüm. Ona evə getməyi dedim. Sonra biz evə getdik. Evdə olan zaman Sevda irad bildirərək ona bacımın evdə tək olduğunu və evə getməsini, bacımı tək qoymamasım dediyimi bildirdim. Sevda “camaat hələ indi toyda oynayır, sən isə məni evə gətiribsən” dedi. Mən isə ona “sən mən saymırsan, mənimlə söz güləşdirirsən” dedim. Sonra isə əsəbləşərək Sevdanın bel nahiyyəsindən bir neçə dəfə yumruqla vudum. Daha sonra bacım aramıza girərək bizi araladı və bizi sakitləşdirdi”.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Mehdi 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəza alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Məni bura nəyə gətirmisən? 10 qəpiklik daşlara görə dava düşdü
27 Aprel 2026 14:01
Azərbaycanda toyda dava: Ona dedim ki, anqırma, camaat var
05 Dekabr 2024 08:43
Camaat KƏNDdən NİYƏ qaçır ?
24 Sentyabr 2026 13:03
“Camaat nə deyər” SİNDROMU Dedi qodulara görə dağılan AİLƏLƏR
30 Noyabr 2025 19:01
Pivə daşıyan maşın aşdı, camaat yerə dağılan pivələri evə daşıdı VİDEO
11 Dekabr 2024 10:46
Baxış sayı:158
Bu xəbər 11 Mart 2026 19:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları