Icma.az
close
up
RU
Məni bura nəyə gətirmisən? 10 qəpiklik daşlara görə dava düşdü

Məni bura nəyə gətirmisən? 10 qəpiklik daşlara görə dava düşdü

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şamaxı rayonunda 38 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 22-də baş verib. 1988-ci il təvəllüdlü Xəyal həmin gün saat 22 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Məlhəm kəndi ərazisində hərəkətdə olarkən, həmin vaxt avtomobilin sağ ön oturacağında əyləşmiş tanışı Baba ilə mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı avtomobilin içərisində yumruqla zərərçəkmiş şəxsə iki dəfə zərbə vurub. 
İş üzrə izahat verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şamaxı şəhəri, T.Əliyarbəyov küçəsi ev 5-də yaşayır:
“2002-ci ildən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatr kabinetində baş beyinin travmatik xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə üzvi şəxsiyyət dəyişikliyi diaqnozu ilə qeydiyyatdadır, 2-ci qrup əlildir. Eyni zamanda 2014-cü ildə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almişam”. 
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Babanı Şamaxı şəhər sakini kimi tanıyır, onunla münasibətləri normal olmaqla, əvvəllər aralarında dava-dalaş və ədavət olmayıb:
“Baba mənim işlədiyim qapı-pəncərə sexindən bir neçə dəfə material götürüb. Baba məndən dəfələrlə iş istəyib, lakin Babaya uyğun iş olmadığını bildirdi. Buna baxmayaraq, Baba adlı şəxs bir neçə dəfədir ki, mənim seximə gələrək yanımda dayanırdı. Lakin mənim üçün heç bir iş görmürdü. Çünki sexdə Baba üçün bir iş olmayıb”. 
Xəyal deyib ki, təxminən 2025-ci ilin iyul ayının əvvəllərində Babaya Şamaxı rayonu Çuxuryurd kəndində dostuna məxsus torpaq sahəsində mişar daşlarını yığaraq səliqəyə salmaq lazım olduğunu bildirib:
“Mən işlədiyim sexdə olarkən Baba zəng edərək, Çuxuryurd kəndində olan işi görmək istəməsini bildirdi. Daha sonra, Baba işlədiyim sexə gəldi. O, sexə gəldikdən sonra sərxoş olmasını bildim. Saat 21:00-da özümün idarə etdiyim “Mercedes” markalı avtomobil ilə Baba ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində “Soyuqbulaq” adlanan yolun kənarında dostuma məxsus torpaq sahəsinə getdik. Yolda gedərkən mağazadan yemək üçün konserva və çörək aldıq. Orada yemək yeyərkən Baba cibindən spirtli içki olan araq çıxartdı və qəbul etdi. Lakin mən spirtli içki qəbul etmədim. Orada olan mişar daşları cərgəyə yığılmalı idi. Aramızdakı razılaşmaya əsasən, Baba daşın birini 10 qəpikdən cərgəyə yığacaqdı. Baba təxminən 7-8 ədəd mişar daşını cərgəyə yığdıqdan sonra yorulduğunu və işin qalanını sabah görəcəyini bildirdi. Mən bildirdim ki, əgər 7-8 ədəd daş düzəcəydinsə, məni bu vaxtı bura nə səbəbə gətirmisən. Daha sonra Baba mənə heç bir söz demədən piyada yola düşərək getməyə başladı. Baba sərxoş olduğu üçün onun başına yolda nəsə hadisə gələcəyindən ehtiyat etdim. Buna görə də idarə etdiyim avtomobilə oturaraq, Babanın arxasınca gedərək onu yoldan götürdüm və Şamaxı şəhəri istiqamətində hərəkəti davam etdirdim. Saat 22 radələrində yolda gələrkən Baba əlini sükana ataraq, idarə etdiyim avtomobil ilə manevrlər etməyə başladı. Mən avtoqəza olacağından qorxdum və Babanı sükandan uzaqlaşdırmaq məqsədi ilə sağ əlimin arxası ilə onun sol sifətindən iki dəfə vurdum. Daha sonra yolda hərəkətdə olarkən Baba israrla avtomobili saxlamağımı istədi. Baba sərxoş olduğu üçün onun hava alması məqsədi ilə Şamaxı rayonu, Məlhəm kəndi ərazisində avtomobili saxladım. Baba avtomobildən düşən kimi asfalt yolun ortasına uzandı. Mən Babanı yoldan kənara çəkdim və 1-2 dəqiqə hava aldıqdan sonra yenidən avtomobilə oturaraq, Şamaxı şəhərinə getdik. Şamaxı şəhərində “Planet” marketin yaxınlığında Baba məcbur elədi ki, avtomobili saxlayım. Avtomobili saxladıqdan sonra Baba avtomobildən düşdü. Mən bir qədər Babaya israr etdim ki, avtomobilə otursun, evlərinə aparım. Lakin Baba razı olmadı. Bundan sonra avtomobil ilə öz yaşadığım evə getdim”. 
İş üzrə zərərçəkmiş Babanın sözlərinə görə, Xəyalı uzun müddətdir tanıyır, əvvəllər münasibətləri yaxşı olub, aralarında dava-dalaş və münaqişə olmayıb:
“Xəyal qapı-pəncərə sexi işlədir və 2025-ci ildən onun sexində işləmişəm. Bu səbəbdən Xəyal mənə 200 manat əmək haqqı verməlidir. Məlum hadisədən əvvəl Xəyal məni Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində “Soyuqbulaq” yoluna apararaq orada mişar daşlarını cərgəyə vurmağımı söylədi. Mən mişar daşlarının bir qismini cərgəyə vurduqdan sonra yorulduğumu bildirdim və işin qalan hissəsini ertəsi gün görəcəyimi bildirdim. Lakin, Xəyal həmin işi bitirməyimi söylədi. Daha sonra  oradan çıxaraq piyada öz evimə gəldim. Yolda olarkən Xəyal özünə məxsus avtomobil ilə gələrək məni yoldan götürdü. Şamaxı rayonu Məlhəm kəndi ərazisində saat 22 radələrində yolda hərəkətdə olarkən Xəyaldan mənə olan 200 manat borcu istədim. Xəyal borcu olmadığını bildirdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Xəyal sol sifətimdən iki dəfə yumruqla vurdu”. 
Şamaxı Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə və Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri