Camaatın qabağına çıxa bilmirsənsə ərizə yaz get Deputat İmişli hadisəsindən danışıb
Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.
İmişlidə baş verən yol qəzasından sonra əraziyə icra başısı və polis rəisi gəlməyib. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
"Hadisə baş verib. İmişlidən olan deputatla danışmışam. Hadisə olan yer rayon mərkəzindən 3kilometr aralıdır. İcra başçısı və polis rəisi niyə gəlmirsən ora? Prokurordan başqa camaatın qabağına heç kim çıxmayıb. Camaatın qabağına polis düzməklə qıcıqlandırdılar. Canımız prezidentə fədadır. Niyə onun siyasəti bu cür formada icra olunmalıdır. Camaatla bir ünsüyyət qur. Başa sal. Niyə xalqdan qaçırsız? Gedin bir həll edin bu məsələni. əgər xalqın qabağına çıxa bilmirsənsə ərizəni yaz çıx get!", - deputat fevralın 3-də Milli Məclisdə çıxışı zamanı deyib.
Siyavuş Novruzov Daxili İşlər Nazirliyinə müraciət edə bildirib ki, İmişli hadisələrində həbs olunanları bağışlasınlar.
"Hadisədən sonra18 nəfər həbs olunub. Əsəblərini idarə edə bilməyiblər. Onları dah bağışlasınlar. Qoy getsinlər evlərinə. Belə hərəkətlərdə rayon idarə edənləri xalqın qabağına çıxsın. Üzü yoxdursa ərizəni yazıb çıxsınlar", - deputat bildirib.
Yanvarın 18-də İmişlidə "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və "BMW” markalı DYP avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 3 məktəbli yerində öülb. Digər ikisi yaralanıb. Baş verən qəzada polis əməkdaşı da ağır yaralanıb.
Hadisə nəticəsində 14 nəfər həbs olunub.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















