Canavarların ulartısı deşifrə olunur, artıq onların dilini başa düşmək mümkün olacaq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Canavarların ulartısı artıq deşifrə olunur. Artıq onların "dilini" anlamaq mümkün olacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatların nəticələri "IFLScience" portalında dərc olunub.
Bildirilir ki, təcrübə ABŞ-nin Yelloston Milli Parkında aparılır. Alimlər heyvanların "dilini" bioakustika və süni intellektlə tərcümə etməyə yaxınlaşıblar.
Mütəxəssislər hesab edirlər ki, yeni texnologiya heyvanların izlənişini, populyasiya sayımını və insanla təbiət arasında konfliktləri azaltmağı mümkün edəcək.
Tədqiqat "Colossal Foundation", "Yellowstone Forever" və digər təşkilatların əməkdaşlığı ilə həyata keçirilir. Məqsəd canavarların səsini analiz edərək onların sosial həyatını və davranışlarını anlamaqdır.
Yeni sistem yüksək dəqiqliklə fərdi sürüləri və hətta tək-tək fərdləri müəyyən edə bilər. Ən əsası, bu üsul izləmə üçün zərərsizdir - artıq izləmə yaxalıqlarına ehtiyac olmayacaq.
Bu isə onların təbiətdəki rolunu daha dəqiq anlamağa və əsassız qorxuları aradan qaldırmağa kömək edəcək.
Yeni yanaşma həm də nadir növlərin qorunmasına və ekosistemlərin balansının bərpasına töhfə verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 May 2025 05:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















