Icma.az
close
up
RU
CANLI ƏFSANƏ PROFESSOR CƏRRAH QƏLƏNDƏR CANBAXIŞOV!

CANLI ƏFSANƏ PROFESSOR CƏRRAH QƏLƏNDƏR CANBAXIŞOV!

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Canbaxışov Qələndər Surxay oğlu 17 Avqust 1957-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına “Bərpaedici Travmatologiya və Ortopediya” Rusiya Elmi Mərkəzində  aspiranturada oxumuş ;  1987–1990-cı illərdə  həmin elmi mərkəzdə elmi işçi işləmişdir.

1990-cı ildə Azərbaycana qayıtmışdır.

1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş elmi işçi kimi çalışmışdır.  1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur.

2006–2021-ci illərdə AzETTOİ-nin “Kəskin travma” şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-ci ildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.

1999-cu ildə  akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, “Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

Qələndər Canbaxışov 120 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələri  Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmişdir.

Professor dünyada ilk dəfə olaraq  boyun 20–25 sm uzadılması üsullarını elmi surətdə əsaslandıraraq sistemləşdirmişdir.

Respublikamızda ilk dəfə uzun borulu sümüklərin ağır deformasiyaları və qısalıqları zamanı iki və daha çox səviyyədə kortikotomiyası, poliseqmentar osteosintezi, ətraf seqmentlərinin 80–100% uzadılması üsullarını tətbiq edərək inkişaf etdirmişdir.

Çanaq sümüklərinin sınıqları zamanı Azərbaycanda ilk dəfə modifikasiya olunmuş Stoppa kəsiyi ilə sirkə kasasının osteosintezi üsullarını uğurla tətbiq etmişdir.

2004-cü ildən  Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının – (Brüssel) üzvüdür.

2006-cı ildən 2021-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri ; 2021-ci ildən isə travmatologiya şöbəsinin şöbə müdiri vəzifəsində işləyir.

2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu “Əməkdar həkim” fəxri adı ilə təltif edilmişdir.

10 noyabr 2016-cı il tarixində  Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn 129-K saylı əmri ilə qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

3 mart 2021-ci ildə akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin Elmi Şurası -- Qələndər Canbaxışovu səmərəli elmi fəaliyyətinə və İlizarov üsulunun geniş yayılmasındakı roluna görə İlizarov Mərkəzinin Fəxri Professoru tituluna layiq  görülmüşdür.

Əfsanavi professor-cərrah Qələndər Surxay oğlu Canbaxışova möhkəm can sağlığı , uzun ömür, fəaliyyətində yeni-yeni uğurlar arzuıayırıq...

Qəvami SADIQBƏYLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri