Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir şəxs məsuliyyətə cəlb olunub.
Lent.az-ın məlumatına görə, 43 yaşlı Müzəffər Fərhadov (şərti adla) restoranda olarkən tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədilib və o, bununla da ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Faktla bağlı Müzəffər Fərhadov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
M. Fərhadov ifadəsində canlı yayım zamanı nalayiq ifadənin restoranın digər müştərisi tərəfindən işlədildiyini deyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 10 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















