Canlı yayımda söyüş söyən daha bir tiktoker saxlanıldı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir “tiktoker” saxlanılıb.
Lent.az xəbər verir ki, 41 yaşlı Məmməd Quliyev (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Fakt əsasında o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məmməd Quliyev törətdiyi əməldən peşman olduğunu deyərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Baxış sayı:125
Bu xəbər 16 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















