Icma.az
close
up
RU
Çantaları özündən ağır uşaqlar: Məktəb dərslikləri kifayət etmir?

Çantaları özündən ağır uşaqlar: Məktəb dərslikləri kifayət etmir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlamasına baxmayaraq, yenə də məktəblərdə bir sıra sahələrdə eyni problemlər qalmaqdadır.

Onlardan biri də son illərdə formalaşmış, ibtidai sinif şagirdlərinin öz çəkilərindən də ağır çantaları daşımasıdır. Uşaqlar həmin çantalarda öz dərs vəsaitlərindən əlavə vəsiatləri götürmək məcburiyyətində qalırlar.

Əlavə dərs vəsaitlərinə nə dərəcədə ehtiyac var?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Əmrah Həsənli “Cebheinfo.az”-a bildirib ki, bu gün təhsildə ciddi bir problemlərdən biri də ibtidai siniflərlə bağlıdır: 

“Belə ki, 6 yaşında məktəbə uşaqların çantası özlərindən ağırdır. Valideynin üzərinə düşən yük isə uşağın çantasından da ağırdır. Məktəbdə dövlətin təsdiqlədiyi dərsliklər var. Ancaq bununla kifayətlənmirik.

Nəşriyyatlar bəzi müəllimlərə ödənişsiz şəkildə vəsait hazırlatdırır, müəllif hüququ verir və sonra da həmin vəsaitləri məcburi şəkildə uşaqlara satdırırlar. İbtidai sinif şagirdləri gündəlik dərslərlə kifayət qədər yüklənib. Bu yaşda uşağın vəzifəsi oxumağı, yazmağı öyrənmək, sadə riyazi əməliyyatları mənimsəməkdir.

Bunu bacarmamış uşağın üzərinə əlavə test kitabları, “İç dəftəri”, vəsaitlər yükləmək nə dərəcədə doğrudur? Mən bütün əlavə vəsaitlərin əleyhinə deyiləm. Faydalı vəsaitlər təbii ki, var. Ancaq məcburiyyət ən böyük problemdir. Valideyn bu kitabları almağa məcbur edilir. Əks halda “uşaq dərsdən geri qalacaq” qorxusu yaradılır. Bəzi nəşriyyatlar isə deyir ki, “Məktəb dərslikləri kifayət etmir”. 

Sual edirəm, əgər kifayət etmirsə, bunu Elm və Təhsil Nazirliyi həll etməlidir, yoxsa özəl nəşriyyat? 

"Məktəb dərsliyi kifayət edirsə, əlavə dərslik məcburi olmamalıdır. Uşaq motivasiya ilə dərsə getməlidir. Dərsdən əzilərək, yorularaq gəlməli deyil.

Biz ibtidai sinifdə uşağı elmə sevdirməliyik. Çantanın ağırlığı ilə dərsdən soyutmamalıyıq. Burada dövlət qurumlarının ciddi şəkildə nəzarət mexanizmlərini qurmasına ehtiyac var.

Təhsil biznes olmamalıdır. Uşaq dərs yükündən əzilməməli, valideyn də əlavə xərclərin altında qalmalı deyil”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: çanta dərslik

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri