Icma.az
close
up
RU
Uşaqları təhlükəyə atan ağır məktəb çantaları Valideynlər bunu bilməlidir!

Uşaqları təhlükəyə atan ağır məktəb çantaları Valideynlər bunu bilməlidir!

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İbtidai sinif şagirdlərinin məktəb çantalarının həddindən artıq ağır olması son illərdə valideynlərin, pedaqoqların və səhiyyə mütəxəssislərinin ən çox müzakirə etdiyi problemlərdən biridir. Azyaşlı məktəblilərin daşıdığı yükün onların bədən çəkisinə nisbəti tövsiyə olunan həddi aşa bilər. Yuxarı siniflərlə müqayisədə ibtidai sinif dərsliklərinin ölçülərinin, səhifə sayının və kağız formatının daha böyük olması da bu yükü artırır.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a danışıb.

Ekspert bildirib ki, məktəbli çantalarının ağır olması bir neçə amillə bağlıdır və problemin həlli kompleks yanaşma tələb edir.

“Məktəbli çantalarının ağır olmasının birinci səbəbi şagirdlərin çantalarına rəsmi dərsliklərlə yanaşı, əlavə vəsaitlərin – test kitablarının, iş dəftərlərinin və müxtəlif hazırlıq materiallarının da qoyulmasıdır. Bu vəsaitlər əksər hallarda müəllimlərin və valideynlərin təşəbbüsü ilə təmin olunur, lakin prosesə nəzarət zəifdir. Təəssüf ki, bu gün bir çox əlavə vəsait kommersiya məqsədilə, yəni sadəcə satış üçün hazırlanır və valideynlərə psixoloji təzyiq yolu ilə “məcburi” kimi təqdim edilir.

Çantanın hansı materialdan hazırlanması, kitabların kağızının qalınlığı və ümumi çəkisi də nəzərə alınmalıdır. Bunlar xırda detallar kimi görünə bilər, lakin dünya təcrübəsində bu məsələlərə xüsusi diqqət yetirilir. Məsələn, bir çox ölkədə məktəbli çantasının çəkisinin şagirdin bədən çəkisinin 10 faizindən çox olmaması tövsiyə edilir. Yəni 45 kiloqram çəkisi olan uşaq üçün çanta 4,5 kiloqramdan ağır olmamalıdır. Bu da maksimum hədd hesab edilir. Hətta bəzi ölkələrdə bu limit 6–8 faiz arasında müəyyənləşdirilir”, – deyə Elmin Nuri bildirib.


Təhsil eksperti məktəb çantalarının ağırlığının uşaqlara təsirindən də danışıb.

Onun sözlərinə görə, ağır çantalar uşaqlara üç istiqamətdə təsir göstərə bilər:

“Birincisi, fizioloji təsirdir. Şagird ağır çantanı daşıyır və bu prosesi hər gün təkrarlayır. Nəticədə onurğa əyriliyi yarana bilər. Çünki uşaqların sümükləri hələ tam bərkiməyib, qığırdaq toxumaları da tam möhkəmlənməyib.

İkincisi, zehni təsirdir. Ağır çanta səbəbindən bel və onurğa problemləri yaşayan uşağın qaməti pozula bilər. Bu isə qan dövranına mənfi təsir göstərə bilər. Qan dövranının beynin oksigen və qida maddələri ilə təmin olunmasında, eləcə də normal fəaliyyətində mühüm rol oynadığı məlumdur. Bəzən uşağın məktəbə çatanda yorğun olduğunu görürük. Bunun görünən səbəbləri ayaqların və əzələlərin yorulmasıdır. Qan dövranının normal fəaliyyətinə mənfi təsir göstərən amillər uşağın zehni fəaliyyətinə də təsir edə bilər.

Üçüncüsü isə psixoloji təsirdir. Ağır çantanın yaratdığı fiziki narahatlıq uşağın dərslərdən geri qalmasına və motivasiyasının azalmasına səbəb ola bilər. Görün, bir çanta məsələsi nə qədər böyük problemə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, məktəbli çantalarının hazırlanmasında da müəyyən məqamlara diqqət yetirilməlidir.

“Xarici ölkələrdə çantaların yüngül materiallardan hazırlanması tövsiyə olunur və buna diqqət yetirmək lazımdır. Mən hesab edirəm ki, şagirdlərin çantaları yüngül parçadan hazırlanmalıdır. Yüngül və dəriyə zərər verməyən materiallardan istifadə həm uşaqların dərisinin qorunması, həm də çantanın ümumi çəkisinin azaldılması baxımından əhəmiyyətlidir.

Dərsliklərin öz çəkisini də azaltmaq lazımdır. Bunun üçün iki istiqamətdə addım atıla bilər. Birincisi, dərslikləri iki hissəyə bölməkdir. Belə ki, birinci yarımildə bir hissədən, ikinci yarımildə isə digər hissədən istifadə oluna bilər. Bu, uşaqların psixoloji vəziyyətinə də müsbət təsir göstərə bilər”, – deyə Elmin Nuri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri