Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Card to card limitləri bu sahədə çalışanlara daha çox təsir edəcək Açıqlama

Card to card limitləri bu sahədə çalışanlara daha çox təsir edəcək Açıqlama

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.

Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur.

Bu qərarın müsbət tərəfləri olsa da, bir çox sahədə çalışanlara mənfi təsiri olacaq. Hansılar ki, gündəlik ödənişlərdə "card to card" əməliyyatlarına üstünlük verirdilər. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Banco.az-a açıqlamasında bildirib ki, bu qərar daha çox kiçik sahibkarlara və ticarətlə məşğul olan şəxslərə, xüsusilə də topdansatışdan çox pərakəndə satışla məşğul olanlara təsir göstərəcək:

"Bu günə qədər həmin şəxslər arasında daha çox "kartdan-karta" ödənişlərdən istifadə olunurdu. Yeni qaydalar isə bu cür ödənişləri məhdudlaşdırır. Müəyyən edilmiş limit bu fəaliyyətin qarşısının alınmasına xidmət edir. Bu isə kölgə iqtisadiyyatının real iqtisadiyyata keçidi, eyni zamanda şübhəli və qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınması məqsədi daşıyır.

Bu, qara iqtisadiyyatın ağ iqtisadiyyata keçirilməsi istiqamətində atılmış çox ciddi addımdır. POS-terminaldan və biznes hesabından istifadə, eləcə də nağdsız və elektron ödənişlərin tətbiqi bu qərarla daha da təşviq olunur. Yəqin ki, bir çox sahibkarlar məhz bu qərardan sonra fəaliyyətlərini müəyyən qədər rəsmiləşdirəcəklər və nəticədə vergi ödəyicilərinin sayı artacaq. Bu da dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olacaq".

V. Orucun sözlərinə görə, bu qərar kuryerlərin, çatdırılma xidmətlərinin, sosial şəbəkə üzərindən satışla məşğul olanların, taksi sürücülərinin, eləcə də distant (onlayn) qaydada çalışan sərbəst fəaliyyət göstərən şəxslərin işinə də təsir göstərəcək və onlayn satış fəaliyyətinin daha çox rəsmi müstəviyə keçməsini təmin edəcək:

"Əvvəl də qeyd etdiyim kimi, limitin müəyyən edilməsi ümumilikdə müsbət addımdır. Lakin nəzərə almaq lazımdır ki, kart köçürmələri ailə üzvləri arasında və bir çox hallarda heç bir ticarət və iqtisadi məqsəd daşımadan həyata keçirilir. Bu baxımdan limitin tətbiqi düzgün qərar olsa da, müəyyən məbləğədək köçürmələrin limitdən kənarda saxlanılması da məqsədəuyğun olardı. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi daha düzgün yanaşma olardı. Çünki elə fəaliyyət sahələri var ki, onların bir anda tam rəsmiləşdirilməsi ciddi çətinliklər yarada bilər.

Bununla belə, bu addımın özü kifayət qədər əhəmiyyətlidir. Bu, vətəndaşların fəaliyyətinin vergiyə cəlb olunması, maliyyə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində atılmış ciddi və uğurlu addımlardan biridir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Avqust 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri