Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

“Card to card” dövrü bitir? KONKRET

“Card to card” dövrü bitir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda kartdan karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq “card to card” əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır.

Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Maliyyə eksperti İsmayıl Məmmədov deyir ki, Ani Ödənişlər Sistemi (AÖS) müxtəlif banklardakı hesablar arasında pul köçürmələrini bir neçə saniyədə həyata keçirən milli ödəniş infrastrukturudur:

“Onu ölkə daxilində işləyən, mərkəzləşdirilmiş “pul körpüsü” kimi təsəvvür edə bilərsiniz. Ən əsası, AMB tərəfindən idarə olunur və əməliyyatlar birbaşa bank kartları deyil, bank hesabları səviyyəsində aparılır. Deyək ki, əvvəllər “card to card” köçürməsi üçün pul, xarici və ya beynəlxalq kart şəbəkələrinin içindən keçməli idi. Bu, bəzən vaxt ala bilərdi və müəyyən riskləri də var idi. İndi isə bu əməliyyat AÖS adlı yeni, geniş və sürətli bir “milli magistral yol”a yönləndirilir. Yəni, pul köçürməsi birbaşa Azərbaycan daxilində, Mərkəzi Bankın nəzarəti altında və daha qısa marşrutla həyata keçirilir. Bu, prosesi daha sürətli, daha təhlükəsiz və banklar üçün daha səmərəli edir”.

Ekspert deyir ki, bu keçid banklar üçün əsaslı və müsbət dəyişikliklər gətirir:

“İlk növbədə xərcləri azaldır. Mərkəzi Bank AÖS üzrə bu xidmətə görə banklardan xidmət haqqı tutmur. Əvvəlki xarici şəbəkələr üzrə xidmət haqqı ödənilirdi. Həmçinin, proseslər optimallaşdırılır. Yəni, birdən çox xarici tərəflə işləmək əvəzinə, bütün daxili köçürmələr üçün vahid bir milli sistemə keçid bankların daxili iş proseslərini sadələşdirir. Təhlükəsizliyin güclənməsi isə, ən kritik dəyişiklikdir. Köhnə sistemdə bank yalnız kart nömrəsini görürdü. AÖS-də isə əməliyyatlar hesab səviyyəsində aparıldığı üçün həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu, fırıldaqçılıq əməliyyatlarının anında aşkarlanmasına və kart məlumatlarının oğurlanması riskinin azalmasına kömək edir”.

Mütəxəssis vurğulayır ki, bankların bu əməliyyat üçün Mərkəzi Banka ödədiyi birbaşa xərc aradan qalxır:

“Bu, banklara komissiyaları azaltmaq və ya yenidən nəzərdən keçirmək üçün real fürsət yaradır. Hər bank öz tarif və qiymət siyasətini müstəqil formalaşdırır. Sistem xərcləri aşağı salır, amma bunun müştəriyə endirim şəklində ötürülməsi hər bir bankın strateji qərarından asılıdır. Sistem sürətlidir. Köçürmələr bir neçə saniyə ərzində başa çatacaq. Sistemin fırıldaqçılığa qarşı daha güclü nəzarət imkanları olduğunu bilmək rahatlıq verəcək. Əlavə olaraq, bütün daxili köçürmələrin vahid, sürətli bir kanaldan getməsi, texniki problem ehtimallarını da aşağı sala bilər. Bu keçid yalnız texniki bir dəyişiklik deyil, Azərbaycanda ödəniş ekosisteminin daha müstəqil, sürətli, təhlükəsiz və səmərəli olması istiqamətində atılmış böyük bir addımdır. Müştərilər bunun faydasını birbaşa sürət və təhlükəsizlikdə hiss edəcək, uzunmüddətli perspektivdə isə tariflərdə də müsbət dəyişikliklər gözləmək olar”.

Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov deyir ki, AÖS üzərindən “card to card” əməliyyatları rəqəmsal ödəniş ekosistemində risklərin azaldılması istiqamətində mühüm addımdır:

“Ənənəvi kart şəbəkələri üzərindən aparılan əməliyyatlarda əsas identifikasiya elementi kart nömrəsi idi. Bu isə kart məlumatlarının oğurlanması, nüsxələnməsi və üçüncü şəxslər tərəfindən sui-istifadəsi riskini artırırdı. AÖS isə əməliyyatları kart səviyyəsindən hesab səviyyəsinə keçirərək bu riski əhəmiyyətli dərəcədə azaldır”.

Ekspert deyir ki, AÖS üzərindən həyata keçirilən əməliyyatlarda kart nömrəsi, CVV kodu və digər həssas məlumatlar birbaşa dövriyyəyə daxil olmur. Bu isə kart oğurluğu və klonlaşdırılması hallarında potensial zərərin qarşısının alınmasına ciddi töhfə verir:

“Praktiki olaraq, kart məlumatı ələ keçirilsə belə, həmin məlumatlarla AÖS üzərindən birbaşa köçürmə aparmaq mümkün olmur. AÖS-ün əsas üstünlüklərindən biri əməliyyatların real vaxt rejimində emal və monitorinq edilməsidir. Qeyri-adi məbləğlər, təkrarlanan köçürmələr, müştərinin əvvəlki maliyyə davranışına uyğun olmayan əməliyyatlar sistem tərəfindən dərhal analiz olunur. Şübhəli hallar bankların daxili risk və nəzarət mexanizmlərinə operativ ötürülür və zərurət yarandıqda əməliyyat dərhal bloklana bilir. AÖS-də tətbiq olunan hesab əsaslı identifikasiya modeli köçürmənin kimə və hansı banka edildiyini açıq şəkildə göstərir. Bu yanaşma səhv köçürmələrin, anonim tranzaksiyaların və mübahisəli halların sayını azaldır. Eyni zamanda müştərilər üçün etimad səviyyəsini yüksəldir, banklar üçün isə hüquqi risklərin idarə edilməsini asanlaşdırır”.

Ənənəvi ödəniş sistemləri ilə müqayisəsinə gəldikdə isə, M.İsgəndərov vurğulayır ki, ənənəvi ödəniş sistemləri əsasən əməliyyatdan sonrakı nəzarət mexanizmlərinə əsaslanırdı:

“AÖS isə real vaxt monitorinqi, mərkəzləşdirilmiş nəzarət və hesab səviyyəsində identifikasiya kimi üstünlüklərlə seçilir. Bu xüsusiyyətlər sistemi daha çevik, daha təhlükəsiz və şəffaf edir. Həmçinin, AÖS-ün tətbiqi ilə birlikdə süni intellekt əsaslı fırıldaqçılıq aşkarlama sistemlərinin, davranış analitikasına əsaslanan risk modellərinin və banklararası məlumat mübadiləsinin daha da genişlənəcəyi gözlənilir. Bu proses ölkədə rəqəmsal maliyyə mühitinin dayanıqlığını və kibertəhlükəsizlik səviyyəsini növbəti mərhələyə daşıyacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Fevral 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri