Icma.az
close
up
RU
Çarəsi olmayan bəla...

Çarəsi olmayan bəla...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Orqanizmdə anormal hüceyrələrin böyüməsi ilə başlayan və sürətlə digər orqanlara yayılan xərçəng bu gün bütün dünyada çoxsaylı insan ölümünə səbəb olan xəstəlikdir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin açıqlamasına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Hər il təxminən 10 milyon insan bu xəstəlikdən ölür.

Genetik meyil, tütün və spirt istifadəsi kimi xarici faktorlar, güclü günəş şüasına məruzqalma, radiasiya, kanserogen və kimyəvi maddələr, müxtəlif viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi xərçəng xəstəliyinin artmasının əsas amilləri kimi önə çıxır.

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür. 2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Xərçəngdən qorunmağın yolları hansılardır?

Mütəxəssislər xərçəngin qarşısını almaq üçün riski artıran ətraf mühit faktorlarından, xüsusilə tütün və spirtdən uzaq olmağın vacibliyini vurğulayır. Həmçinin mütəmadi olaraq idman etmək, tərəvəz və meyvələrlə zəngin sağlam qidalanma, uzun müddət günəş şüalarına məruz qalmamaq lazımdır.

Xəstəliyin qarşısını almaq üçün çəkini nəzarət altında saxlamaq və kifayət qədər yatmaq vacibdir. Digər qorunma yolu, hepatit və HİV-ə qarşı peyvənd olunmaqla müntəzəm olaraq xərçəng müayinəsindən keçməkdir.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi xəstəliyin erkən diaqnozunun bu nöqtədə böyük əhəmiyyət kəsb etdiyini, xəstəliyin qarşısını almaq üçün mütəmadi müayinələrdən keçməyin şərt olduğunu açıqlayıb.

2025-ci ildə dünyada...

Son illər dünyada xərçəng xəstəliyinə tutulanların artması ilə bərabər, xəstəliyin “cavanlaşması” da müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ildə dünyada 20 milyon yeni xərçəng xəstəliyinin qeydə alınacağını vurğulayır. Qeyd olunur ki, ildə baş verən 55 milyon ölüm hallarından 4,2 milyonu məhz bu xəstəliyin payına düşür.

Xəstəliyin növləri

İki yüzdən çox xərçəng növü müəyyən edilsə də, onların rastgəlmə tezliyi insandan insana dəyişir. Dəri, döş, ağciyər, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq boynu xərçəngi və limfa düyünlərinin şişləri “bədxassəli şiş” və ya “ur” adlanan xəstəliyin ən çox yayılmış növlərindəndir. Xərçəng xəstəliyinin müalicəsi böyük xərc tələb edir və yüksək səviyyədə tibbi texnologiyanın 50 faizindən çoxunda, aşağı gəlirli ölkələrin isə 15 faizindən azında xərçəngin hərtərəfli müalicə imkanları mövcuddur.

Azərbaycanda vəziyyət necədir?

Təəssüf ki, ölkəmizdə də xərçəng xəstələrinin sayı ildən-ilə artır. Əgər 2010-cu ildə bu rəqəm 7626 idisə, 2021-ci ilin sonuna artıq 13 min 644 nəfərə çatıb.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 62 min 385 onkoloji xəstə qeydiyyatda olub. Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi olub.

Ümumiyyətlə, kişilərdə və qadınlarda xərçəngin tezliyi fərqlidir. Dəri xərçəngi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən növdür. Bunun ardınca kişilərdə ağciyər, prostat, yoğun bağırsaq, düz bağırsaq, mədə və mədəaltı vəzi xərçənglərinə tez-tez rast gəlinir. Qadınlarda isə süd vəzi, ağciyər, yoğun bağırsaq, düz bağırsaq, uşaqlıq boynu, yumurtalıq, mədə və mədəaltı vəzi xərçəngləri daha çox müşahidə olunur.

Azərbaycanda insanlar daha çox mədə, süd vəzi, ağciyər, qida borusu və s. xərçəng növlərindən əziyyət çəkir.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri