Icma.az
close
up
RU
Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

2025-ci il Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldı. Beynəlxalq yarışlarda qazanılan iki mindən çox medal, o cümlədən altı yüzdən çox qızıl medal Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib. Bu nəticələr həm idmançılarımızın peşəkarlığının göstəricisi, həm də ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqətin parlaq nəticəsidir. Bu qazanılan uğurlar gələcək illərdə daha böyük hədəflərə yol açır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Azərbaycanda idmanın inkişafının, əldə olunan nailiyyətlərin bu sahədə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu söyləyən komitə sədri deyib: “Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də davamlı işlər həyata keçirilib. Dövlətimizin başçısının 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında qeyd etdiyi kimi, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq”.

Gənclərin sağlam ruhda, yüksək mənəvi dəyərlər əsasında tərbiyəsinin dövlətin idman siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu deyən Şahin İsmayılov bildirib ki, bu gün ölkənin bütün bölgələrini əhatə edən müasir idman infrastrukturu yaradılıb. Gənclərin idmana cəlb olunması, müasir idman obyektlərindən istifadənin genişləndirilməsi sağlam həyat tərzini təşviq edir və gələcək nəsillərin fiziki hazırlığının möhkəmlənməsinə şərait yaradır.

Komitə sədri qeyd edib ki, bölgələrimizdə də müasir idman infrastrukturunun yaradılması beynəlxalq idman tədbirlərinin ölkəmizin digər şəhər və rayonlarında keçirilməsinə imkan verir. Bu xüsusda, cari ildə III MDB Oyunlarının ölkəmizin yeddi müxtəlif şəhərində yüksək səviyyədə təşkil olunması infrastruktur potensialını nümayiş etdirdi. Eyni zamanda Bakıda ilk dəfə keçirilən UFC turniri, eləcə də Formula1 yarışlarının davamlı təşkili idman vasitəsilə ölkəmizin yüksək səviyyədə təqdimatına imkan yaradır. Bu tədbirlər təkcə idman uğuru deyil, eyni zamanda, ölkənin turizm və iqtisadi potensialının inkişafına töhfə verir.

Azərbaycanda qış idman növlərinin inkişafı üzrə də mühüm işlərin görüldüyünü qeyd edən Şahin İsmayılov deyib: “Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Beləliklə, infrastrukturun genişləndirilməsi, yeni xizək zolaqlarının istifadəyə verilməsi həm bölgədə iqtisadi inkişafı artırır, həm də Azərbaycan idmanında yeni bir səhifə açır”.

Şahin İsmayılov bildirib ki, ötən illərdə əldə olunan nailiyyətlərin məntiqi nəticəsi olaraq, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycan idmanına verilən yüksək beynəlxalq qiymətdir. Azərbaycanda qarşıdakı illərdə də idmanın davamlı inkişafı təmin ediləcək, ölkəmiz beynəlxalq idman ailəsində öz mövqeyini daha da möhkəmləndirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri