1200 kubmetr qaz kimə çatır? Hökumətə TƏKLİF
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Qış aylarında qaz sərfiyyatının artması ilə birlikdə əhali arasında limit problemi yenidən gündəmə gəlir. Xüsusilə rayon və kənd yerlərində yaşayan sakinlər soyuq havalarda evləri isitmək üçün daha çox qaz yandırdıqlarını, lakin ayrılan limitin gözlədiklərindən tez bitdiyini deyirlər. Bəzi ailələr qışın ən soyuq günlərində daha yüksək tariflə qaz istifadə etmək məcburiyyətində qalır.
Bəs qaz limiti niyə bu qədər tez tükənir? Mövcud limit qış aylarında əhalinin real ehtiyacını qarşılayırmı?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Ekoloq alim Sadiq Həsənov bildirib ki, qışda qaz limiti bir çox ailəyə çatmır və insanlar daha baha tariflə qaz almağa məcbur qalırlar: İnternet mağaza
“Azərbaycanda əhali üçün təbii qazın 1 kubmetrinin qiyməti 12,5 qəpik, illik istifadə limiti isə 1200 kubmetr müəyyən edilib. Bu hədd keçildikdən sonra qazın 1 kubmetrinin qiyməti 22 qəpiyə, 2500 kubmetrdən artıq istifadə zamanı isə 30 qəpiyə yüksəlir. Hesab edirəm ki, bu, əksər ailələr üçün ciddi maliyyə çətinliyi yaradır. Xüsusilə qış aylarında evlərin qızdırılması üçün qaz sərfiyyatı artır. İnsanlar çox vaxt illik limiti yanvar-fevral aylarında bitirirlər. Nəticədə, ilin qalan hissəsində qazdan daha yüksək tariflə istifadə etmək məcburiyyətində qalırlar. Əhalinin maddi vəziyyətini nəzərə alsaq, bu, ailələr üçün əlavə yükdür”.
O hesab edir ki, qaz limiti artırılmalı, qonşu ölkə Gürcüstanda olduğu kimi əhali üçün limit tətbiq edilməməlidir:
“Müqayisə üçün deyim ki, Gürcüstanda 1000 kubmetr təbii qaz təxminən 109 ABŞ dollarına, yəni 180 manata satılır. Orada əhali üçün belə limit tətbiq edilmir. Hesab edirəm ki, bu baxımdan Azərbaycanda da əhali üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Problemin həlli üçün ilk növbədə illik qaz limiti artırılmalıdır ki, insanlar qazdan daha rahat istifadə edə bilsinlər. İkinci vacib məsələ isə yaşayış evlərinin enerji səmərəliliyinin artırılmasıdır.
Azərbaycanda evlərin əksəriyyəti daşdan, xüsusilə də kubik adlandırılan tikinti materiallarından inşa olunur. Təəssüf ki, tikinti zamanı lazımi izolyasiya normalarına əməl edilmir. Divarlar, ara kəsmələr və pəncərələrdən ciddi istilik itkisi baş verir. Nəticədə evləri qızdırmaq üçün daha çox qaz sərf olunur. Əhalinin qışda qazdan qənaətlə istifadə edə bilməməsinin əsas səbəblərindən biri də evlərdə enerji səmərəliliyinin aşağı olmasıdır. Çünki evdə istilik qorunmursa, nə qədər qaz yandırılsa da, istənilən nəticəni əldə etmək çətinləşir”.
S.Həsənov əlavə edib ki, evlərdə istilik izolyasiyasının zəif olması qaz sərfiyyatını artırır, buna görə də divar və pəncərələrin izolyasiyasına diqqət yetirilməlidir:
“Sərfiyyatı azaltmaq üçün evlərin xaricdən və daxildən izolyasiya olunması vacibdir. Tikinti zamanı ikiqat divarların arasına xüsusi istilik izolyasiya materialları, məsələn, keramizit yerləşdirilməsi də istilik itkisinin qarşısını müəyyən qədər ala bilər. Təəssüf ki, əhali evlərin izolyasiyası məsələsinə o qədər də fəal yanaşmır. Bunun əsas səbəbi isə maddi imkanların məhdud olmasıdır. Halbuki Avropa İttifaqı ölkələrində və ABŞ-də binaların enerji səmərəliliyinin artırılması ilə bağlı ciddi tələblər mövcuddur. Evlər nə qədər yaxşı izolyasiya olunsa, bir o qədər az istilik itkisi baş verər və qaz sərfiyyatı da azalar. Azərbaycanda da tikinti zamanı enerji səmərəliliyi məsələsinə ciddi yanaşılmalı, mövcud evlərin izolyasiyası üçün də imkanlar yaradılmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















