Icma.az
close
up
RU
Cari ilin 9 ayında Naxçıvan büdcəsinin gəlirlərinin 63,1 faizi yerli yığımlar hesabına formalaşıb

Cari ilin 9 ayında Naxçıvan büdcəsinin gəlirlərinin 63,1 faizi yerli yığımlar hesabına formalaşıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

2022-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində dotasiyanın ümumi həcmi 425,0 milyon manat idisə, 2023-cü ildə bu həcm 315,0 milyon manat, 2024-cü ildə isə 185,2 milyon manat səviyyəsində olub. Ümumilikdə, 2022–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının büdcəsində dotasiyanın həcmi 239,9 milyon manat və ya 56,4 faiz azalıb. Bu dinamika sadəcə riyazi-statistik göstərici deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını, iqtisadi potensialının genişləndiyini və yerli gəlirlərin büdcə sistemindəki rolunun əhəmiyyətli dərəcədə gücləndiyini nümayiş etdirir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dotasiyanın azalması ilə paralel olaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi, vergi inzibatçılığının təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz real nəticələrini göstərməkdədir. Nəticə etibarilə, 2022–2024-cü illər üzrə müşahidə edilən bu tendensiya Naxçıvan Muxtar Respublikasında büdcə sisteminin daha dayanıqlı, balanslı və institusional baxımdan müstəqil əsaslar üzərində formalaşacağına dair güclü iqtisadi və idarəetmə əsasları yaradır.

“2025-ci ilin ötən doqquz ayı üzrə göstəricilər Naxçıvan Muxtar Respublikasının maliyyə müstəqilliyinin güclənməsi baxımından xüsusilə diqqətəlayiqdir. Qeyd edilən dövrdə muxtar respublika büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki, bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerli yığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyon manat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min manat və ya 29,5 faiz azalma deməkdir. Bu azalma tendensiyası, muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyə mənbələri hesabına formalaşmağa başladığını göstərir. Yerli gəlir bazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarının artması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın büdcəsinin getdikcə daha çox öz resursları hesabına təmin olunmasına imkan verir” - deyə, Maliyyə Nazirliyindən bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri