Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasında yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 1621 yeni iş yeri açılıb ki, bu da 2023-cü müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yeni iş yerlərinin 912-si dövlət, 709-u isə qeyri-dövlət sektorunda qeydə alınıb. Yeni yaradılmış 101 müəssisədə və təşkilatda 1260, mövcud 49 müəssisə və təşkilatda isə 361 iş yeri açılıb. Ümumi yeni iş yerlərinin 1331-i Naxçıvan şəhərinin, 100-ü Şərur, 74-ü Babək, 31-i Ordubad, 34-ü Culfa, 12-si Kəngərli, 19-u Şahbuz və 20-si Sədərək rayonlarının payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















