Icma.az
close
up
RU
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81 100 dollarda satılacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81 100 dollarda satılacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 iyun, AZƏRTAC

Yaxın Şərqdə başlanan yeni münaqişə neftin qiymətinin uzun müddət yuxarı həddə qalacağını deməyə əsas verir. Bu münaqişə birbaşa Hörmüz boğazının açılması perspektivini yenidən nəzərdən keçirməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, ötən gecədən başlayaraq İran ilə İsrail arasında davam edən qarşılıqlı raket zərbələri regiondakı geosiyasi vəziyyəti yenidən gərginləşdirib ki, bu da bazara özünün mənfi təsirini göstərir.

“Times of Israel” yazır ki, ötən gecə İran İsrail ərazisinə 20 ballistik raketlə zərbələr endirib və Hayfa şəhərindəkı neftayırma zavodu (NEZ) əsas hədəf olub. İsrail də öz növbəsində İranın Xuzistan vilayətindəki NEZ-i raket zərbəsinə tutub.

İranın “Tasnim” agentliyi yüksək rütbəli hərbçilərə istinadla yazır ki, İran uzunmüddətli müharibəyə hazırdır. Bu məsələdə qane olmayan tərəf isə ABŞ Prezidenti Donald Trampdır. Məsələ ondan ibarətdir ki, D.Tramp rəsmi Tehran ilə tez bir zamanda razılıq əldə etmək istəyir ki, dünya bazarında neftin qiymətinin düşməsinə nail olsun. Neftin bahalaşması ABŞ iqtisadiyyatına çox böyük zərbələr vurur. İdxal-ixrac əməliyyatlarının baha başa gəlməsindən başlayaraq, istehlak və ərzaq mallarının bahalaşması prezidentin siyasi nüfuzuna pis təsir etməklə yanaşı etirazlara səbəb olur.

Bundan başqa, Prezident D.Tramp Konqres qarşısında “müharibə ABŞ-yə nə qazandırdı?” - sualına cavab vermək məcburiyyətində qalıb. Həqiqət isə ondan ibarətdir ki, Yaxın Şərqdəki müharibə Amerikaya qiymət artımından başqa heç nə vermədiyi kimi, bundan da daha çox əziyyət çəkən seçicilərdir. Bu baxımdan İran ilə İsrail arasında başlanan qarşılıqlı raket zərbələri D.Trampın əsəbi tərzdə tərəflərə müraciət edərək dərhal raket zərbələrini dayandırmaq tələb etməsinə səbəb olub. Lakin cavab atəşləri D.Trampın tələbinə o qədər də diqqət ayrılmadığını göstərir.

Bu gün isə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazını bağlı saxladığına görə İrana qarşı növbəti sanksiyalar paketinin qəbul ediləcəyini bəyan edib. Halbuki, Hörmüz boğazı ikitərəfli bağlıdır. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ boğazı hərbi gəmilərlə bağlayaraq İran limanlarını gəmilərin yan almasına və limanlardan çıxmasına imkan vermir. Aİ-nin bu addımı dünya bazarında neftin qiymətinin daha da artmasına gətirib çıxara bilər. ОPEC+ iyul ayında hasilatın artıraraq sutkada 188 min barelə çatdırılması haqqında qərar qəbul edib. Bu qiymətlərin sabitləşməsi üçün optimal variantdır. Lakin problem hasilatda deyil, neftin nəql olunmasındadır və bu addımda qiymətlərin enməsinə səbəb olmayacaq.

Yaxın Şərqdəki gərginlik bu gün günortadan sonra birjalarda “Brent” markalı neftin 97,5 dollardan, 97,33, WTI markalı neftin qiyməti isə 94,6 dollardan 94,57 dollara yüksəlməsinə gətirib çıxarıb.

“Bloomberg” agentliyi analitiklərə istinadla yazır ki, cari ilin qalan dövrü ərzində dünya bazarında neftin qiyməti 81-100 dollar ətrafında satılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri