Icma.az
close
up
RU
Cari ilin ilk üç ayı başa çatdı: İlin qalan dövrü ərzində bizi nələr gözləyir?

Cari ilin ilk üç ayı başa çatdı: İlin qalan dövrü ərzində bizi nələr gözləyir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Pərviz Heydərov yazır...

Cari ilin ilk üç ayı, yəni birinci rüb artıq, başa çatıb. Lakin ölkə üzrə qeyd olunan müddət ərzində sosial-iqtisadi yekunlara dair statistika hələ 10-15 gündən sonra açıqlanacaq. Buna rəğmən, bəzi göstəricilərə dair müəyyən fikirlər söyləmək mümkündür.

Xatırladım ki, bu il üçün həm dünya, həm də ölkə iqtisadiyyatına dair gözləntilər haqqında da dəqiq fikri məhz, yanvar-mart aylarının yekunlarına əsasən söyləyə biləcəyimi bildirmiş və qeyd etmişdim.

Odur ki, sual olunur, ilin ilk üç ayının nəticələri əslində nəyi göstərir?

2025-ci ilə dair bilavasitə ölkəmizə aid bir sıra makroiqtisadi proqnozlar özünü doğruldacaqmı?

Statistikanın hələ açıqlanmadığını nəzərə alaraq bildirib ki, bəzi proqnozlar özünü doğrultmayacaq.

Sual olunur, niyə?

Məsələ bundadır ki, ABŞ-də Donald Trampın prezident olaraq fəaliyyətə başlamasından sonra dünya iqtisadiyyatında əvvəldən də hökm sürən mürəkkəb qeyri-müəyyənlik şəraiti nəinki bir az yumşalıb, hətta daha da dərinləşib.

Halbuki güman edilirdi ki, martın sonunadək bir çox məsələlərə aydınlıq gələrək qlobal iqtisadiyyat əsas etibarilə hansı istiqamətlər üzrə hərəkət edəcəyini az-çox nümayiş etdirə biləcək.

İş ondadır ki, ölkəmiz üçün də il bütövlükdə heç də yaxşı başlamadı. Belə ki, cari ilin ilk ayının yekununa əsasən ümumi daxili məhsul istehsalında (ÜDM) 0.9% geri nəticə qeydə alındı ki, xarici ticarət dövriyyəsi isə nisbətən qənaətbəxş oldu. Odur ki, söhbət ilk aydan getdiyindən ÜDM-də azalmanı ajiotaj kimi qəbul etməyə lüzum olmadığını qeyd etdim.

Ümumiyyətlə, yazdım ki, ölkədə neft-qaz hasilatı əvvəlki səviyyədə olmasa da, təşviş yaradacaq vəziyyətdə deyil. O səbəbdən ki, qeyri-neft sektoru iqtisadi artımda hərəkətverici qüvvə rolunda çıxış etməkdə davam edir.

Lakin 2025-ci ilin fevral ayı da daxil olmaqla ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilin ilk iki ayı ərzində 19.1 milyard manatlıq və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% çox ÜDM istehsalı qeydə alındı ki, bunu da artım kimi dəyərləndirmək mümkün deyil.

Sözügedən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 2.7% azalıb, qeyri neft-qazda isə 1.7% artıb. Sonuncu rəqəm keçən ilin eyni dövründə 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 10.1% təşkil edirdi ki, rəqəmlər arasında kifayət qədər böyük fərq mövcud olduğu aydın görünür.

2025-ci ilin yanvar-fevralında əsas kapitala da 2008,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.8% az investisiya yönəldilib ki, neft-qaz sektorunda bunun həcmi 32.5 %, qeyri neft-qaz sektorunda isə 20.8 % az təşkil edib.

Bütün bunlar qalsın bir yana, yanvar-fevral aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 8 milyard 904.49 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 milyard dollar çox deməkdir.

Lakin ilin ilk iki ayı ərzində ixrac 4 milyard 766.7 milyon dollar, idxalsa 4 milyard 138.02 milyon dollar təşkil etməklə müsbət saldo 628.46 milyon dollara bərabər olub ki, bu da, ötən ilin eyni ayları ilə müqayisədə 3.7 dəfə azdır.

Bundan əlavə, təəssüf ki, inflyasiya da sürətlənib. 2025-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 5.3%, qeyri-qida malları 2.7%, əhaliyə göstərilən ödənişli xidmətlərsə 7.9% qalxıb.

Yeri gəlmişkən, cari ilin başlanğıc ayı ərzində iqtisadi artım üzrə göstəricimiz zəif - 0.9% qeydə alınmaqla bərabər, inflyasiya da 5.4% əldə olunmuşdu.

Bir az əvvəlsə yazmışdım ki, dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiqi səbəbindən ciddi bahalaşma təhlükəsi gözlənilir.

Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı. Bir sözlə, neftin ucuzlaşacağı və qiymətlərin artacağı, yəni kəskin inflyasiya dalğalanmaları haqda gözləntilər ölkəmiz üçün müəyyən təhdidlər formalaşdırır.

Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmizin xərcləri artıb, həm də qeyri-neft-qaz sektoru əvvəlkindən daha çox dəstək gözləyir.

Sözün qısası, iqtisadi artımın azalacağı, inflyasiyanın yüksələcəyi, xarici ticarət dövriyyəsinin isə idxalın hesabına bir az da struktur dəyişikliklərinə uğrayacağı və sair gözlənilən təhlükələr sırasındadır.

Xatırladım ki, ölkədə bu il ÜDM istehsalının real ifadədə 3.5% artaraq 129.2 milyard manat olacağı gözlənilir ki, bu zaman qeyri-neft-qaz sektorunun real ifadədə 4.9% artaraq 92.2 milyard manat təşkil etməklə ÜDM-in tərkibində 71.3%-ə çatacağı, neft-qaz sektorunun isə 0.5% artacağı proqnoz edilib.

Orta illik inflyasiya göstəricisi isə 4.6% səviyyəsində proqnozlaşdırılıb. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2025-ci ildə sözügedən göstəricisi 4.6% təşkil etməklə 2026-2028-ci illərdə 3.9% səviyyəsində olmalıdır.

Ancaq bəri başdan qeyd edim ki, inflyasiya böyük ehtimalla 10%-ə yaxın təşkil edəcək. Bunu həm daxili, həm də xarici təsirlər şərtləndirəcək.

Çünki neqativ amillərdən biri də məhz ondan ibarətdir ki, ölkəyə idxal artır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri