Cari ilin yanvaroktyabr ayları ərzində doğulan və ölənlərin sayı açıqlanıb
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb.
"Report" Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.
Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.
Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49036 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9- dan 5,8-ə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















