Icma.az
close
up
RU
“Caspian Agro 2025” sərgisi çərçivəsində Aqronomların I Forumu keçirilib

“Caspian Agro 2025” sərgisi çərçivəsində Aqronomların I Forumu keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 may, AZƏRTAC

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 16 may tarixində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu” keçirilib.

Forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqronomların bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və bilik mübadiləsinin təşviq olunmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, tədqiqatçılar, fermerlər və aqrar sahənin digər iştirakçıları bir araya gələrək aqronomiyanın mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov forumun rəsmi açılış mərasimində çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb. O, dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilən bu forumun aqrar sahədə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu qeyd edib. Rektor aqronomiyanın inkişafında elm və təhsilin roluna toxunaraq, universitetin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, aqrar sahənin əsas sütunlarından biri olan aqronomiyanın inkişafı, bu sahədə çalışan mütəxəssislərin peşəkar inkişafı və sertifikasiyası kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəmə sahibdir. Dövlət-özəl tərəfdaşlığının daha səmərəli qurulması, kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması və innovasiyaların tətbiqi baxımından bu forum mühüm əhəmiyyət daşıyır.

Forumda iştirak edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Dadaşova qeyd edib ki, aqronomların peşəkar inkişafı və innovativ yanaşmaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Bu sahədə çalışan mütəxəssislər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, torpaq münbitliyinin artırılmasında və məhsuldarlığın yüksəldilməsində xüsusi rol oynayırlar.

Açılış mərasimindən sonra keçirilən panel sessiyalarda aqronomlar və aqrar sahə üzrə ixtisaslaşmış tədqiqatçılar öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Forumda xüsusi olaraq özəl müəssisələrdə çalışan aqronomların bilik və bacarıqlarının şəffaf və obyektiv meyarlarla qiymətləndirilməsi və sertifikatlaşdırılması məsələlərinə toxunulub. Qeyd olunub ki, bu yanaşma peşəkarların əmək bazarında tanınmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sahəyə olan ictimai inamın möhkəmləndirilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar aqrar sahənin inkişafına töhfə vermək məqsədilə bu cür fikir mübadiləsi platformalarının əhəmiyyətinə toxunub, bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri