Icma.az
close
up
RU
“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 may, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro 2026” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, son illərdə sahədə həyata keçirilən islahatlar, tətbiq olunan innovativ yanaşmalar və müasir texnologiyalar kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir: “Bu prosesdə dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bugünkü forum da məhz bu əməkdaşlığın daha da gücləndirilməsi, dövlət və özəl sektorları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və yeni imkanların müəyyən edilməsi baxımından önəmli platformadır”.

Nazir ölkədə aqrar sektorun sürətli inkişaf mərhələsində olduğunu və bu prosesdə ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində dövlət-özəl tərəfdaşlığı məsələsinə toxunub. O qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqi məhsuldarlığın artmasına və itkilərin azalmasına mühüm töhfə verir. Eyni zamanda, ixrac prosedurlarının rəqəmsallaşdırılması və operativliyin artırılması nəticəsində 2025-ci ildə Azərbaycandan rekord həcmdə - 187 min ton xurma və 173 min ton pomidor ixrac olunub. Ümumilikdə 73 ölkəyə kənd təsərrüfatı məhsulları göndərilib.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bölgənin spesifik coğrafi və iqlim xüsusiyyətlərinin aqrar sahədə yeni yanaşmaların tətbiqini zəruri etdiyini qeyd edib: "Məhz bu səbəbdən müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın və istixana təsərrüfatlarının inkişafı, yerli toxumçuluğun gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Naxçıvanda orqanik və ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də əlverişli şərait var".

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov vurğulayıb ki, yeni çağırışlara cavab verilməsi üçün güclü insan kapitalının formalaşdırılması həlledici amildir. Müasir kənd təsərrüfatında yalnız ənənəvi deyil, innovativ düşüncə, texnoloji biliklər və sahibkarlıq bacarıqları ilə zəngin mütəxəssislərə ehtiyac vardır: “ADAU bu istiqamətdə mühüm missiya həyata keçirərək, peşəkar mütəxəssislərin hazırlanması işinə mühüm töhfələr verir”.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Caspian Agro Week” çərçivəsində təşkil olunmuş forum, konfrans və dəyirmi masaların əhəmiyyətinə toxunub. Belə tədbirlərin aqrar sahədə innovasiyaların təşviqi, qabaqcıl təcrübələrin paylaşılması, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra aqrar sahədə səmərəli fəaliyyəti ilə seçilən fermerlərin təltif olunması mərasimi keçirilib. Təltiflər kənd təsərrüfatının müxtəlif istiqamətlərində uğur qazanan fermerlərin fəaliyyətinin təşviq olunmasına və onların motivasiyasının artırılmasına xidmət edib.

Forum çərçivəsində keçirilən panel müzakirələrində əkinçilik, bitkiçilik, gülçülük, heyvandarlıq, balıqçılıq, quşçuluq, aqrar emal sənayesi və dayanıqlı kənd təsərrüfatı istiqamətləri üzrə aktual çağırışlar və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri