Icma.az
close
up
RU
Naxçıvanda “Dövlət özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib

Naxçıvanda “Dövlət özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun məqsədi dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, aqronomların peşəkarlığının artırılması və müasir çağırışlara uyğun əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, alimlər, fermerlər və aqrar sahənin digər mütəxəssisləri iştirak edərək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, son illərdə dövlətin aqrar sektora göstərdiyi dəstək, innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məhsuldarlığın artımına mühüm təsir göstərib. Forumun nəticələrinin isə aqronomların peşəkar inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyi vurğulanıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, əsas məqsəd müasir texnologiyaların tətbiqi ilə aqronomların bilik və bacarıqlarının artırılmasına, fermerlərin isə innovativ həllərə çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, müasir kənd təsərrüfatında uğur qazanmaq üçün aqronomlar yalnız elmi biliklərə deyil, həm də praktik təcrübəyə və innovativ texnologiyaları tətbiq etmək bacarığına sahib olmalıdırlar. Aqrar İnnovasiya Mərkəzinin fəaliyyəti də bu istiqamətdə strategiya və resursların düzgün yönləndirilməsini təmin edir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aparatın Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli də çıxış ediblər.

Forum üç panel sessiyasından ibarət olub. Birinci sessiyada kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri, subsidiyalara əlçatanlıq, fermerlərin sertifikatlı toxumlarla təmin olunması, aqronomların müasir bilik və bacarıqlara yiyələnməsi, heyvandarlıq və balıqçılıqda elmi yeniliklər, intensiv suvarma sistemlərinin tətbiqi kimi mövzular müzakirə edilib. Sessiyada Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, “Agrosystems” və SHABRAN-D şirkətinin mütəxəssisləri iştirak ediblər.

İkinci sessiyada toxumçuluq sektorunun inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, payızlıq taxıl səpinlərinin təşkili, sertifikatlı toxumların istifadəsinin stimullaşdırılması, baytarlıq tədqiqatlarında innovativ yanaşmalar və özəl şirkətlərin aqrar bazardakı rolu müzakirə olunub. Sessiyada Aqrar Xidmətlər Agentliyi, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsi, Baytarlıq Elmi Tədqiqat İnstitutu, “AgroDairy” və “EMA Agro” şirkətlərinin mütəxəssisləri iştirak ediblər.

Üçüncü sessiyada isə Naxçıvan Muxtar Respublikasında aqrar siyasətin həyata keçirilməsi, risklərin idarə olunması, sahibkarlığın inkişafı, yerli istehsalın stimullaşdırılması, meyvə tinglərinin yetişdirilməsində yeni texnologiyaların tətbiqi və fermerlərin sertifikatlı toxumlarla təminatı müzakirə olunub. Bu sessiyada Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar siyasət və risklərin idarə olunması şöbəsi, yerli qurumlarla və sahibkarlarla iş sektoru, AGROVİT, “Grand Agro in vitro”, “Zirvə Agro” şirkətlərinin nümayəndələri çıxış ediblər.

Forumun yekununda qeyd olunub ki, “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” aqrar sektorda bilik və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin formalaşmasına və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri