Icma.az
close
up
RU
Caspian Energy Club nun təşkilatçılığı ilə keçirilən Forumda QALMAQAL Jurnalistlər zaldan çıxarıldı

Caspian Energy Club nun təşkilatçılığı ilə keçirilən Forumda QALMAQAL Jurnalistlər zaldan çıxarıldı

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 29-da "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Milli Biznesin İnkişafı Forumunda qalmaqal baş verib.

Pravda.az xəbər verir ki, buna səbəb tədbir davam edərkən jurnalistlərin zaldan çıxarılması olub. 

Media nümayəndələri bunu hörmətsizlik kimi qiymətləndirib. Bir daha həmin təşkilatın tədbirlərinə qatılmayacaqlarını qeyd ediblər.

"Caspian Energy Club"nun sədri Telman Əliyev baş verən hadisə ilə bağlı jurnalistlərdən üzr istəyib:

“Bu hadisədə həm "Caspian Energy Club"ın sədri olaraq mənim, həm də tədbiri işıqlandıran media nümayəndələrinin müəyyən səhvlərə yol verdiyini və buna görə də müəyyən məsuliyyət daşıdığımızı düşünürəm.

Qeyd etmək istəyirəm ki, "Caspian Energy Club" artıq 20 ildən artıqdır ki, fəaliyyətini əsasən qapalı formatda həyata keçirir. Klubun əsas məqsədi sahibkarların problemlərinin, suallarının və təkliflərinin qapalı müzakirə şəraitində səmərəli şəkildə həllinə nail olmaqdır. Rəsmi açılış, vacib və yeni məlumatlardan ibarət təqdimatlardan sonra media nümayəndələrinin zalı tərk etməsi uzun illərdir tətbiq edilən və qəbul olunan bir qaydadır. Bu prinsip bu günə qədər qorunub saxlanılıb. Lakin bugünkü hadisə göstərdi ki, media ilə qarşılıqlı əlaqələrin təşkilində bəzi boşluqlar mövcuddur və bu sahədə təkmilləşməyə ehtiyac var. Buna görə qərara gəldik ki, bu gündən etibarən "Caspian Energy Club"ın media ilə əlaqələrinə şəxsən mən rəhbərlik edim.

Əsas məqsədimiz media nümayəndələrinin fəaliyyətinə maneə yaranmasın və hər kəs öz işini peşəkarlıqla icra edə bilsin.

Mənim həyat prinsiplərimdən biri də budur: istəmirəm ki, kiminsə qəlbi qırılsın və kiminsə mənimlə bağlı incikliyi olsun.

Sosial şəbəkələrdə daim açıq olduğum kimi, bu gün bu platformadan istifadə edərək forumda iştirak edən bütün media nümayəndələrindən səmimi qəlbdən üzr istəyirəm. Bu, sadəcə bir anlaşılmazlıq idi və ümid edirəm ki, gələcəkdə elə bir format quracağıq ki, jurnalistlər tədbirin əvvəlindən sonuna qədər işlərini rahatlıqla görə bilsinlər.

Onu da qeyd edim ki, "Caspian Energy Club International"ın idarəedici direktoru Günel Quliyeva da hadisədən dərhal sonra həm zalda, həm də foyedə media nümayəndələrindən bir neçə dəfə üzr istəmişdir.

Yaxın günlərdə forumda iştirak etmiş media nümayəndələri ilə ayrıca bir görüş keçirməyi planlaşdırıram. Həmin görüşdə onların fikirlərini dinləyəcək, eyni zamanda öz mövqeyimi bölüşəcəyəm. Əminəm ki, bütün məsələlər qarşılıqlı anlayış və açıq dialoq yolu ilə həll oluna bilər.

Yolumuz davam edir və bu yolda bəzən belə anlaşılmazlıqlar baş verir. Əsas məsələ isə yaranan vəziyyəti vaxtında düzgün qiymətləndirmək, səhvləri qəbul etmək və yolumuza daha güclü şəkildə davam etməkdir.

Sonda, bu gün yaşanan hadisəyə görə narahatlıq keçirmiş bütün media nümayəndələrindən bir daha üzr istəyir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see317

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see279

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see195

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see168

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see165

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see163

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see145

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see144

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see138

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see137

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see134

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see131

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see117

İsrail İran münaqişəsi fonunda Azərbaycanda saxta xəbərlər yayılır Rəsmi

13 İyun 2025 14:51see117

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see115

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

İranın Baş Qərargahnın AZƏRBAYCANLI RƏİSİ rəisi öldürüldü

13 İyun 2025 08:02see113

İsrail İran ərazisinə zərbə endirdi, ölkədə fövqəladə vəziyyət elan edildi

13 İyun 2025 04:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri