Icma.az
close
up
RU
® “Caspian Energy Club” Premium və qapalı üzvlük formatına keçir

® “Caspian Energy Club” Premium və qapalı üzvlük formatına keçir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Caspian Energy Club”ın İdarə Heyətinin müvafiq qərarına əsasən klubun fəaliyyət formatı “Premium” və qapalı modelə keçirilir. Dəyişikliklərə əsasən, 2025-ci il avqust ayının 1-dən etibarən “Silver”, “Bronze” və “Networking” statuslu üzvlüklər ləğv olunur.Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.Onun sözlərinə görə, 1 avqustdan etibarən klubda yalnız aşağıdakı statuslar qüvvədə olacaq: “Diamond”, “Platinum”, “Gold” və yeni təqdim edilən xüsusi üzvlük statusu – “CEOMembership”.1 avqust tarixinə qədər “Silver” və ya “Bronze” statusda müqavilə imzalayan şirkətlər “Caspian Energy Club”da müqavilə şərtlərinə əsasən bir il ərzində bu statuslarda öz fəaliyyətini davam etdirə və bütün tədbirlərə qatıla bilərlər.“Bu qərarın əsas məqsədi klubun xidmət səviyyəsini daha da yüksəltmək, beynəlxalq platformalarda daha geniş auditoriyaya çıxış əldə etmək və yalnız yüksək statuslu üzvlər –CEO-lar və iri şirkət nümayəndələri üçün xüsusi beynəlxalq səfərlər, “private banking”xidmətləri, “premium” və “luxury” formatlı tədbirlər təşkil etməkdir”, – Telman Əliyev qeyd edib.Bundan sonra klub çərçivəsində keçiriləcək bütün tədbirlər qapalı formatda, yalnız “Diamond”, “Platinum”, “Gold” və “CEO Membership” statuslu üzvlər üçün nəzərdə tutulacaq. “Caspian Energy Club”ın üzvü olmayan şirkət və şəxslərin bu tədbirlərdə iştirakı məhdudlaşdırılacaq.“Biz əminik ki, “Caspian Energy Club”ın fəaliyyətinin yeni mərhələsində bizim böyük ailənin üzvü olan şirkət və təşkilatlar yeni fürsətlərdən səmərəli istifadə edərək, həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda öz mövqelərini gücləndirəcək və fəaliyyətlərini genişləndirəcəklər”, – deyə Telman Əliyev bildirib.“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara

networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar Vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes[1]networking platformasıdır.“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri