Casusluqda ittiham olunurdu İrandan çıxmasına icazə verildi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İran hakimiyyəti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Karariyə ölkə ərazisini tərk etməyə icazə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Cared Genser “X” hesabında məlumat yayıb.
“Məmnunluqla bildirmək istəyirəm ki, 2024-cü ilin dekabrından etibarən saxta ittihamlar səbəbindən İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır”, - paylaşımda deyilir.
Genser həmçinin Kararinin ABŞ-yə qayıtdığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp İranın bu addımını “xoşməramlılıq jesti” adlandırıb və buna görə İran tərəfinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Karari İranda “casusluq və düşmən dövlətlə əməkdaşlıq” ittihamı ilə saxlanılırdı. Onun həm ABŞ, həm də İran vətəndaşı olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 İyul 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















