Icma.az
close
up
RU
Vaqif Cavadov: “Hər oyun bizim üçün çox önəmlidir”

Vaqif Cavadov: “Hər oyun bizim üçün çox önəmlidir”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" - "Şamaxı" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da, istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".

- Son dörd oyunda üç qələbə qazanmısız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?
- Deməzdim. Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir.

- Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsüz, yoxsa gecdir?
- Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək... Hər bir klub bunu istəyir. Biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.

- Daha çox azarkeşin olacağı gözlənilirdi, amma bu cür olmadı. Sizcə, bu nə ilə bağlı idi?
- Bəlkə də bazar günüdür, oyun da axşam saatlarında idi deyə, belə alındı. Sabah məktəb də var. Azarkeşlərə ehtiyacımız var. Onlar da gəlsin, dəstək olsunlar, bizə köməklik göstərsinlər. Gələnlərə də təşəkkür edirəm. Gəlməyənlərə də. Bilirəm ki, ürəkləri bizimlədir.

- Rəhim Sadıxovu məhsuldarlıq baxımından geri qaytarmaq mümkün olacaq?
- Son oyunlar onu göstərir ki, Rəhim meydançada başqa cürdür. Yavaş-yavaş özünü doğruldacaq. Komandanın əsas oyunçularından biridir. Biz ona güvənirik. İnanırıq ki, növbəti oyunda daha yaxşı formada olacaq.

- Bəzi baş məşqçilər milli komandamız haqda danışmaq istəmir. Siz millimizin durumu haqda nə düşünürsüz?
- Bu hamımızın millisidir. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. 
Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq.

Tovuzda qollu bərabərlik - YENİLƏNİB Rahilin komandası məğlub olub Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə Berdıyev onu komandasında istəyir - Özəl U-18 millimiz Qəbələdə təlim-məşq toplanışı keçəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri