Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Vaqif Cavadov: “Hər məğlubiyyətdən sonra güclənirik”

Vaqif Cavadov: “Hər məğlubiyyətdən sonra güclənirik”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Zirə” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Yaxşı komandaya qarşı oynadıq. Rəqib iddialıdır. İlk 15 dəqiqədə öz gücünü və təzyiqini göstərdi. Əfsuslar olsun ki, fərdi səhvlərə görə bəsit qollar buraxdıq. Oyunjn taleyi 30 dəqiqədə həll olundu. Komandamdan razıyam. Yolumuza davam edirik. Ümid edirəm ki, gec-tez bu sindromu qıracağıq. Ruhdan düşmürük. Hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda “Neftçi” ilə oyun var. Bu, bizimçün dönüş ola bilər.

– Enişdən çıxmaqçün nə planınız var?
– Komandanı götürəndə enişdə idik. Ardıcıl xallarla irəlilədik. Son 5 oyunun 3-də uduzmuşuq, 2 heç-heçə etmişik. Qlobal bir şey yoxdu. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hücumda oyunçular daha fəal olmalıdır. Uyğunlaşma prosesi var və bu, tez olmur. Məcburuq ki, onları əsas heyətdə oynatmaqla uyğunlaşdıraq.

– Komanda artıq təhlükəli zonaya düşür…
– Çempionatda qarşıda 13 tur var, panikaya düşmək lazım deyil. Yolumuzu gedəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu, bizə faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda belə şeylər üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qabaqdadır, problem yoxdur. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edəcəyik.

– Kamran Quliyevin oynamamasının səbəbi nədir?
– Kamran mən gələndən sonra daha çox oynamağa başladı. Ona güvənirik. Lakin yeni hücumçunun gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə deyil. Hər oyunçu starta layiq olduğunu sübut etməlidir. Rəqabətdə qalib gəlmək lazımdır. Kamran önəmli oyunçudur, inanıram ki, başa düşür və bundan sonra daha çox çalışacaq.

– Yansane də ciddi nə iləsə yadda qalmır…
– Kamran bu ana qədər 14 oyunda əsas heyətdə oynayıb. Momo Yansaneyə də şans lazımdır ki, formaya düşsün. Oynamayacaqsa, nə üçün gətirmişik? Onun potensialı var. Gec də olsa, bunu görəcəyik.

– Niyə qol vura bilmirsiniz?
– Səbirli olmaq lazımdır. Nə zamansa, sindrom qırılacaq. Komandanın bundan sonra daha yaxşı olacağına inanıram.

– Problem yoxdur deyirsiniz. Lakin qol vura bilmirsiniz. Neçə oyun lazımdır ki, komandada problem sayılsın?
– Oyunlara baxın, “Qarabağ”, “Araz-Naxçıvan”, “Sabah”… Bəzi situasiyalar var. Nəzərə alın ki, hansı oyunlarda qol vura bilməmişik. Düzdür, “Səbail”ə, “Şamaxı”ya uduzmuşuq. Bu, məyusedir. Komanda qol vura bilmir və qalib gələ bilmir. Amma liderlər sırasında olanlardan xal almışıq.

– Qol vurmamağınız üçün dua edənlərin olduğunu deyirsiniz. Bunlar kimdir?
– Bilsəm, özüm danışardım. Penalti olur, vura bilmirik, çoxlu hücumlar edirik, alınmır. Deməli, nəsə var da…

– Futbolçularınız deyir ki, sonuncu sıranı düşünmürük, irəki qalxmaq istəyirik. Sanki nisbətən zəif komandalara qarşı istəksiz oynayırsınız…
– Bu gün də pis oynamadıq. Bəsit qollar buraxdıq. Rəqib çox güclüdür, amma biz də sadə qollar buraxırıq. Bunu aradan qaldırmağa çalışacağıq. Sonuncu yer haqda düşünmürük.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Fevral 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri