Icma.az
close
up
RU
Cavid Cəlilov gərginliyin altında qaldı

Cavid Cəlilov gərginliyin altında qaldı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

22 sarı vərəqə göstərildi, meydandan qovulan futbolçu, idarəçiliklə bağlı narazılıq edən baş məşqçi olmadı. Bir sözlə, 15-ci tur yetərincə intizamlı keçdi.

Yalnız iki komanda – “Sumqayıt”la “Kəpəz” 4 və daha artıq sarı vərəqə ilə cəzalandı ki, AFFA İntizam Komitəsi də onları buna görə cəzalandırdı.
Sabah – Səbail, RƏVAN HƏMZƏZADƏ
Paytaxt derbisinin birinci hissəsi gərgin və baxımlı keçsə də, ikinci yarı cansıxıcı oldu. Meydan sahiblərinin üç xala sevindiyi matçda ciddi qayda pozuntuları qeydə alınmadı. Futbolçular intizamlı oyun tərziylə diqqət çəkdi. Həm də bir az istəksiz çıxış edirdilər desək, yanılmarıq. Belədə Həmzəzadənin işi də çətin olmadı. O, yalnız kobud müdaxilələr zamanı varlığını hiss etdirməyə məcbur oldu ki, “Sabah”ın üç futbolçusuna sarı vərəqə göstərdi. Həqiqətən də “bayquşlar”ın futbolçuları hesabı bərabərləşdirməyə çalışan rəqibə qarşı qayda pozuntularına yol verməklə xəbərdarlığı haqq etdilər.
Neftçi – Qarabağ, ƏLİYAR AĞAYEV
Azərbaycan derbisində sürprizə şahidlik etmədik. “Neftçi”nin hələ bu rəqibə layiqincə müqavimət göstərəcək səviyyəyə çatmadığı bəlli oldu. Yəqin ki, bu matçda AFFA nümayəndəsi Elçin Mehtiyev ədalət təmsilçisindən çox işlədi. Ona görə ki, tribunalarda vəziyyət meydandakından gərgin görünürdü. Hər halda, FİFA referisi etiraza səbəb olacaq hansısa qərarla yadda qalmadı. Bakılıların iki, ağdamlıların üç futbolçusu sarı vərəqəylə üzləşdi ki, buna görə hakimi qınamaq olmaz. O, qayda pozuntularına vaxtında müdaxilə etdi, cəzaları yubatmadı. Ağayevə həm də ona görə “sağ ol” deyə bilərik ki, gərgin və emosiyalarına sahib çıxa bilməyən futbolçuların həddini aşmasına imkan vermədi. Qısası, onun təcrübəsi sayəsində Azərbaycan derbisinin ümumi ab-havasına xələl gəlmədi.
Araz-Naxçıvan – Turan Tovuz, CAVİD CƏLİLOV
Oyun yetərinə sürətli və gərgin mübarizə şəraitində keçdi. Amma Cavid Cəlilov bu gərginliyin altında qaldı. Ən bezdirici məqam hakimin tez-tez fit çalması idi. Referi bu yolla tez-tez oyunun axarına müdaxilə edirdi. Tovuzlu azarkeşlər “Araz”ın köpəyi Cavid Cəlilov” deməklə qəzəbini gizlətmədi. Bir sözlə, Cavid bəy oyunla bağlı ümumi təəssürata bir qədər kölgə saldı.
Zirə - Sumqayıt, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədov və köməkçiləri məhsuldar oyunun öhdəsindən pis gəlmədi. Gərgin rəqabət şəraitində keçən qarşılaşma “Zirə”nin qələbəsiylə nəticələndi. Hər iki komanda ikinci hissənin əvvələrində mübarizə əzmini ortaya qoysa da, hansısa aqressivliyin şahidi olmadıq. Rəşad bəyin qərarları və mövqe seçimi doğru idi. Komandaların açıq oynamasına şərait yaradan hakim 6 futbolçuya sarı vərəqə göstərdi.
Şamaxı – Kəpəz, İNQİLAB MƏMMƏDOV
Çox da yüksək tempdə keçməyən oyunun 17-ci dəqiqəsində “şirlər”in futbolçusu Belajdi Pusi Yeqor Xvalkonun əllə oynadığını iddia etsə də, hakim oyunu davam etdirdi. 55-ci dəqiqədə - Pusinin əllə oynamasayla bağlı şübhə yarananda da Məmmədov əvvəlcə futbolçuların etirazına məhəl qoymadı. “Sarı-göylər”in təkidindən sonra VAR otağında epizod incələndi. Baş hakim yalnız monitora yaxınlaşıb həmin epizoda təkrar baxandan sonra penalti təyin etdi. Lakin şamaxılı azarkeşlər bu qərarı ədalətsizlik saydı, hətta oyunboyu “Kəpəz”in baş məşqçisinə ünvanlanan “Azər, hakimin qulağına nəsə pıçıldama, keç qırağa” kimi iradlar səsləndirdi. əzən də klub rəsmiləri emosiyalarını saxlaya bilmirdilər. Xülasə, İnqilab Məmmədov “Şamaxı”nın oyunçularına 1, qonaqlara 4 “sarı” göstərdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri