Əliyar Ağayevlə Cavid Cəlilov hansı müddətə cəzalandırılıblar? Bilindi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Bizon Azərbaycan Kubokunun 1/2 finalının ilk oyunları çərçivəsində Sumqayıtda baş tutan "Turan Tovuz" - "Zirə" qarşılaşmasında (0:2) bərbad idarəçiliyə görə cəzalandırılan hakimlərin - Əliyar Ağayevlə Cavid Cəlilovun hansı müddətə kənarda qalacaqları bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, aprelin 3-də reallaşan görüşdə baş hakim funksiyasını yerinə yetirən Ağayev və matçın VAR hakimi Cəlilov azı 5 tur məcburi istirahət edəcəklər.
Lakin elitanın qarşıdakı turlarında hakim idarəçiliyi ilə bağlı narazılıqlar davam edəcəyi halda, sözügedən ədalət təmsilçiləri bu mövsüm Premyer Liqada gözə dəyməyəcəklər.
Xatırladaq ki, iki epizodda "Zirə"nin qapısına penalti təyin etməyən Ağayevin oyunun nəticəsinə təsir edən yanlış qərarlar verdiyini Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqləyib.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Aprel 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















