Icma.az
close
up
RU
Cavid Hüseynov: Tək qalmışam, özümüzü yiyəsiz komanda kimi hiss edirik

Cavid Hüseynov: Tək qalmışam, özümüzü yiyəsiz komanda kimi hiss edirik

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvlər üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Futbolçulara da dedim. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq".

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 27-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Futbolçuların ustalıq səviyyəsi sizi qane etmir?

- Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu pası bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. "Neftçi" bizə nə etdiki? "Neftçi" yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik "Neftçi"yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq. 

- Azər Bağırov "Kəpəz"də belə problem olduğunu haqda danışmışdız. "Qarabağ"la görüşdə əsas oyunçular oynamamışdı...

- Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfdinən belədir. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücümü çatmaz. Məşqçiyə dəsətək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıblar. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" dəstək görmür heç yerdən. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Siz təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır. 

- Rəhbərlik sizi başqa vədlə çağırmışdı, vəd etmədi?

- 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam.

- Həlledici məqamda tək qalmısızsa, o zaman son pillədə olacağınızla barışmısız? 

- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.

- Yiyəsizlik sponsorsuz qalmaq deməkdir?

- Sponsorsuz yox. Sponsorumuz onsuz da komandadan əl çəkib.  Mən gələndən də bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi....Hər şeydə azalma var. Bu durumu qabadıram.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Mart 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri