Icma.az
close
up
RU
Cavid Hüseynovun “Səbail”i ilk oyunda darmadağın oldu

Cavid Hüseynovun “Səbail”i ilk oyunda darmadağın oldu

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səbail – Qarabağ (Ağdam) 0:3 (0:0)
1. Hüseynəli Quliyev – 5,5
74. Yusif Nəbiyev (k) – 5,5
18. Süleyman Əhmədov - 5,5
(6. Cabir Əmirli, 87) – 5,5
20. Mərt Çəlik – 5,5
11. Rüfət Abdullazadə - 5,5
83. Nihad Quliyev – 5,5
(7. Madi Queta, 87) – qiymətsiz
19. Samir Abdullayev – 5,0
(36. Azad Əsgərov, 90) – qiymətsiz
17. Gülağa Əsədov – 5,5
(77. Fərid Nəbiyev, 71) – 5,0
8. Qorka Laruçça – 5,5
3. Dmitri Litvin – 5,0
14. Suleyman Alluş – 6,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
15. Vüsal Məsimov
16. Emin Rüstəmov
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Süleyman Alluş
99. Mateuş Koxalski – 6,0
30. Abbas Hüseynov - 5,5
(29. Marko Veşoviç, 70) – 6,0
24. Aleksey İsayev - 5,5
13. Bəhlul Mustafazadə - 5,5
44. Elvin Cəfərquliyev - 6,0
10. Abdulla Zubir (k) – 6,0
(11. Emmanuel Addai, 77) – qiymətsiz
81. Kevin Medina – 5,5
(2. Mateus Silva, 70) – 5,0
66. Patrik Andrade – 6,0
(15. Leandro Andrade, 70) – 6,0
7. Yassin Benzya – 5,5
18. Olavio Juninyo – 6,0
21. Aleksey Kaşuk – 6,5
(27. Toral Bayramov, 70) – 5,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
1. Şahrudin Məhəmmədəliyev
20. Riçard Almeyda
22. Musa Qurbanlı
90. Nəriman Axundzadə
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Aleksey Kaşuk
Qollar: O.Juninyo, 47 (0:1, A.Kaşuk). A.Kaşuk, 66 (0:2, K.Medina). L.Andrade, 88 (0:3).
Vərəqələr: S.Əhmədov, 6 (qeyri-idman hərəkəti). Y.Nəbiyev, 14 (qeyri-idman hərəkəti). A.Hüseynov, 17 (qeyri-idman hərəkəti). P.Andrade, 29 (qeyri-idman hərəkəti). B.Mustafazadə, 59 (qeyri-idman hərəkəti). K.Medina, 62 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev(Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
23 noyabr. Bakı. “ASCO Arena”. 1900 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Bu oyunun azarkeşlərin maraq dairəsində olmasının səbəbi var idi. Axı “Səbail” yeni baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında ilk oyuna çıxırdı. “Qarabağ” üçün isə bunu sıradan bir çempionat oyunu saymaq olardı - “Araz-Naxçıvan” bir gün əvvəl turnir cədvəlində liderliyi ələ keçirməsəydi.
Gözlənildiyi kimi, oyun “Qarabağ”ın hücumlarıyla başladı. 12-ci dəqiqədə Yusif Nəbiyevin itirdiyi topu Benzya Zubirə, o da Patrik Andradeyə ötürsə də, sonuncunun zərbəsi dəqiq olmadı. 24-cü dəqiqədə Kaşukdan ötürmə alan Cəfərqliyev topu saxlamadan qapıya göndərdi. Lakin Hüseynəli yerində idi. Az sonra Kaşuk Juninyonu da zərbə mövqeyinə çıxardı. Lakin Mərt onun fərqlənməsinə mane oldu. Çox fəal görünən Kaşuk təhlükəli ötürmələri sıralasa da, “Qarabağ”ın ayrı-ayrı oyunçuları son nöqtəni qoymaqda çətinlik çəkirdi. Beləcə ilk yarı qolsuz başa çatdı. Ancaq oyunun belə axarı hesabın gec-tez açılacağına işarə idi. 47-ci dəqiqədə Benzya, Kaşuk və Juninyonun iştirakı ilə qurulan ildırım sürətli əks-hücumu braziliyalı qolla tamamladı. 53-cü dəqiqədə Medina fərqi artırmağa yaxın oldu. “Səbail” 2-ci hissədə ilk ciddi hücumu 56-cı dəqiqədə qurdu. Rüfətin ötürməsindən sonra Alluş qapıya dəqiq, amma zəif zərbə vurdu. Düzdü, hakim də bu epizodda bayrağını havaya qaldırdı. 66-cı dəqiqədə olan-qalan intriqa da itdi. Medina meydanın komandasına aid hissəsindən uzun ötürmə ilə Kaşuku zərbə mövqeyinə çıxardı. Litvinin heç cür çata bilmədiyi ukraynalı qapıya qarşısıalınmaz zərbə vurdu – 0:2.
“Səbail” ara-sıra hücum qursa da, bunların kəskinliyindən danışmağa dəyməz. Əvəzində 84-cü dəqiqədə Cəfərquliyev Veşoviçin ötürməsindən sonra 3-cü qolu vurmağa borclu idi. 88-ci dəqiqədə onun bacarmadığını Leandro bacardı. Daha doğrusu, Elvinin zərbəsini Hüseynəli qaytardı, Leandro təkrar zərbə ilə toru silkələdi.
Beləliklə, “Qarabağ” növbəti darmadağını reallaşdırdı. Bununla da Ağdam klubu yenidən liderliyi özünə qaytardı. “Səbail”in isə Şahin Diniyevin dönəmindəki komandadan, demək olar ki, heç nə ilə fərqlənmədi.
Gözdən qaçmadı
* Oktyabrın ən yaxşı qolunun müəllifi - “Səbail”in futbolçusu Samir Abdullayev PFL-in texniki idman direktoru Elgiz Abbasov tərəfindən mükafatlandırıldı.
* “Səbail”in texniki zonasında yer alan akademiya uşaqları “Qarabağ”ın futbolçuları ilə şəkil çəkdirirdi.
*  “İmarət Tayfa”nın üzvü, 44 günlük müharibədə şəhid olan Məhəmmədəli İbrahimlinin 28-ci doğum günü münasibəti ilə “Maqa 28” yazılmış pankart açılmışdı.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri