Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Çayavoy ənənəsi necə yarandı?

Çayavoy ənənəsi necə yarandı?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Restoran və kafe sektorunda xidmət qarşılığında verilən bəxşiş uzun və çoxqatlı tarixə malikdir. Onun ilkin formaları qədim Roma və Orta əsrlər Avropasında müşahidə edilsə də, ictimai məkanlarda - xüsusilə kafe və restoranlarda - xidmət üçün əlavə pul vermək ənənəsi XVII–XVIII əsrlərdə İngiltərədə formalaşmağa başlayıb.

"Ölkə.az" xəbər verir ki, XVII–XVIII əsrlərin London çayxana və qəhvəxanalarında xidmətçilər üçün xüsusi qutular yerləşdirilirdi.

Üstündə “To Insure Promptness” ifadəsi yazılan bu qutulara müştərilər əlavə pul atır və daha operativ xidmət alacaqlarını düşünürdülər. Bu davranış zamanla xidmət mədəniyyətinin ayrılmaz hissəsinə çevrilərək kommersiya məkanlarında standartlaşdı.

Tarix boyu bəxşiş yalnız təşəkkür jesti olmayıb. Bir çox cəmiyyətlərdə o, sosial status və maddi üstünlük nümayişi kimi qəbul edilib. Keçmişdə bu davranış əsasən imkanlı şəxslərə xas idi və bəxşiş vermək onların xidmətçi üzərindəki üstün mövqeyini göstərirdi. Sosial tədqiqatlarda bəxşişin bəzi hallarda nəzarət və güc münasibətlərinin bir forması kimi qiymətləndirildiyi də qeyd olunur.

İllərdir “tip” sözünün “To Insure Promptness” ifadəsinin qısaltması olduğu deyilsə də, bu, etimoloji cəhətdən təsdiqlənmir. Sözün tarixi 1706-cı ildə ingilis dilində “kiçik pul hədiyyəsi” mənası ilə qeydə alınıb. 

Yaponiya və Cənubi Koreya kimi ölkələrdə bəxşiş vermək adət sayılmır. Xidmətin yüksək səviyyədə olması işin normal tərkib hissəsi kimi qəbul edilir və əlavə ödəniş etmək burada mədəni baxımdan düzgün hesab olunmur.

XX əsrin əvvəllərində bəzi ABŞ ştatlarında bəxşiş vermək qısa müddətlik qadağan edilmişdi. Sosial bərabərsizliyi artırdığı və işçilərin əsas maaşdan asılılığını azaltdığı üçün bəxşiş “feodalizm qalıqları” kimi qiymətləndirilirdi. Bu qadağalar sonradan ləğv olunsa da, mövzu hələ də sosial müzakirə predmetidir.

Xidmət keyfiyyəti bəxşişin əsas səbəbi olsa da, psixoloji amillərin də mühüm rolu var. Tədqiqatlar göstərir ki, bəxşişin miqdarı bəzən ofisiantın gülümsəməsi, pozitiv jestləri və ya müştəri ilə davranış forması ilə əlaqəlidir. Hətta hesabın yazıldığı qələmin rəngi kimi xırda detallara belə təsir edildiyi araşdırmalarda qeyd olunur.

Bəzi ölkələrdə qadın ofisiantların kişilərlə müqayisədə daha çox bəxşiş aldığı müşahidə edilir. ABŞ-da aparılan araşdırmalar isə eyni xidməti göstərmələrinə baxmayaraq, bəzi irqi qruplara aid olan işçilərin daha az bəxşiş topladığını göstərir. Bu vəziyyət sosial bərabərliklə bağlı müzakirələri gücləndirir.

Rəqəmsal ödənişlərin genişlənməsi bəxşiş mədəniyyətinə də təsir edib. Bir çox müəssisə hazır bəxşiş faizlərini elektron ödəniş terminallarında təqdim edir və müştərilər seçim etməkdə çətinlik çəkmir. Bununla birlikdə, bəxşişin işçilər arasında necə bölündüyü məsələsi bəzi müəssisələrdə şəffaf deyil.

Sosioloji araşdırmalara görə ən səxavətli bəxşiş sistemləri ABŞ, Kanada və İsveçrə kimi ölkələrdə müşahidə olunur. Yaponiya, Danimarka, Çin və Avstraliya isə ya bəxşiş mədəniyyətinin mövcud olmaması, ya da xidmət işçilərinin yüksək maaş alması səbəbi ilə ən aşağı göstəricilərə malik ölkələr sırasındadır.(Valyuta.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri