Putinin müharibəsi vergiləri artırır Restoranlardakı “çayavoy”lardan faiz tutulacaq
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya hökuməti hər nə qədər işğalçı müharibənin ölkə iqtisadiyyatına vurduğu zərbəni gizlətməyə çalışsa da, reallıq və statistik rəqəmlər bunu ört-basdır etməyə imkan vermir. Artıq Rusiya dövlət büdcəsi 1990-cı illərdən bəri ən yüksək kəsirlə üz-üzə qalıb.
Xeyli vaxtdır ki, mütəxəssislər Rusiya hökumətinin vəziyyətdən çıxmaq üçün vergi dərəcələrini artırmaqdan başqa yolunun qalmadığını bildirirlər. Çoxları gələn ildən Rusiayda ƏDV-nin 20 faizdən 22 faizə qaldırılacağını proqnozlaşdırırlar. Artıq bunun siqnalları gəlməkdədir.
Belə ki, şəxsən Vladimir Putinin özü Duma fraksiyalarının rəhbərləri ilə görüşündə bunun anonsunu verib. O, həmin görüşdə büdcə kəsirinin vergi artımları ilə bağlanmasının mümkünlüyünə eyham vurub.
Putin parlamentdəki görüşdə deyib ki, “dəbdəbə vergisi” və ya səhmlərin dividendlərinə verginin artırılması kimi tədbirlər müharibə zamanı “məqbul ola bilər”: "Mən bunu siyasiləşdirmək istəmirəm, amma ABŞ-də onlar Vyetnam müharibəsi və Koreya müharibəsi zamanı məhz belə ediblər. Onlar yüksək gəlirli insanlar üçün xüsusi olaraq vergiləri qaldırıblar". Şərhçilər Putinin bu siqnalını ciddi qəbul edirlər və vergi artırmalarının digər növ vergilərə də mütləq şamil ediləcəyini bildirirlər.
Mütəxəssislərə görə, mümkün vergi artımları Rusiya büdcəsini xarici iqtisadi risklərdən – ilk növbədə Qərbin sanksiyalarının təsirindən və neft qiymətlərindəki dalğalanmalardan qorumaq tədbirlərinin bir hissəsi kimi müzakirə edilir. Analitiklərin hesablamalarına görə, Rusiya xəzinəsinin əsas gəlir mənbələri olan neft və qaz ixracından gələn gəlirlərin əhəmiyyətli dərəcədə azalması Putin üçün vergiləri artırmağı qaçılmaz edir.
Bu arada məlum olub ki, yaxın zamanda ruslardan bar və restoranlarda ödədikləri hesablarının 1%-i məbləğində “SVO üçün bəxşiş” tutulacaq. Yəni, restoranlarda hesab ödəyənlər işğalçı ordu üçün 1 faiz də “çayavoy” qoymalı olacaqlar. Artıq belə bir qanun layihəsi Dövlət Dumasında hazırlanır. Bu barədə deputat Mixail Matveyev məlumat verib.
Dünya liderliyinə iddialı Rusiyanın, “dünya ikincisi” olan ordusunu saxlamaq üçün restoranlardan “çayovoy” yığması bir daha bu ölkənin və onu idarə edənlərin “nə gündə” olduğu barədə aydın təsəvvür yaradır…
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















