Çayın içində Nazilədən şou “Elə danlayırlar, elə bil 15 yaşım var” + VİDEO
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı görüntülərlə yenidən gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, o, axar çayın içində oturaraq özü haqqında maraqlı açıqlamalar verib. Şairənin ayaqyalın suya girdiyini zənn edən izləyicilərdən gələn reaksiyalar da onun çıxışında əks olunub.
"Yetən hamı zəng vurur ki, ayaqyalın suya girmisən? Sətəlcəmdən yeni sağalmısan. Elə bilirəm ki, 15 yaşım var. Necə danlayırlar məni. Hə, ayaqyalın girmişəm. Bax. Belə otururam qəşəng. Hazır gəlmişəm bu kəndə", – deyə o, ayağındakı uzunboğaz çəkmələri göstərərək gülümsəyib. pizza sifarişi
Səfərlinin bu paylaşımı izləyicilər arasında həm maraqla, həm də gülüşlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onun bu cür səmimi və fərqli paylaşımını rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, şairə hazırda Gürcüstanın Səfərli kəndində istirahətdədir.
Aydan Hacı

