Icma.az
close
up
RU
CBC telekanalının sənədli filmi beynəlxalq film festivalı mükafatını qazandı

CBC telekanalının sənədli filmi beynəlxalq film festivalı mükafatını qazandı

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

CBC kanalının ərsəyə gətirdiyi “İki tərəf üçün bir torpaq: yaşamaq uğrunda mübarizə” sənədli filminin ssenari müəllifi və prodüseri, kanalın əməkdaşı Elmira Musazadə “Ən yaxşı qadın ssenarist” nominasiyasında FEEDBACK Qadın Filmləri beynəlxalq sənədli film Festivalı (FEEDBACK Female Film Festival) mükafatına layiq görülüb.
“İki tərəf üçün bir torpaq: yaşamaq uğrunda mübarizə” sənədli filmi tamaşaçının diqqətini 2023-cü ilin oktyabrında Yaxın Şərqdə baş verən faciəli hadisələrə yönəldir. Filmin ssenari müəllifi və prodüseri, jurnalist Elmira Musazadə baş verənlərin səbəblərini anlamaq üçün İsrailə, Beri kibutsuna (Kibbutz Beeri) səfər edib.
Film israillilərlə fələstinlilər arasında köklü münaqişəni araşdırır, onilliklər boyu davam edən siyasi fikir ayrılıqlarının və həll olunmamış tarixi problemlərin yaratdığı bəşəri faciələri göstərir.
Cəbhə xəttində yaşayan insanların şəxsi hekayələri vasitəsilə filmin müəllifləri bu qarşıdurmanın insani dəyərlərə yaratdığı təhdidlərdən, eləcə də sülhə olan ümidlərdən danışırlar.
Filmin baş prodüseri CBC televiziya kanalının rəhbəri, son bir neçə ildə filmləri dəfələrlə Avropa, Asiya və Amerikada keçirilən nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülmüş Vüqar Xəlilov olub. Prodüserin mükafatlara layiq görülmüş filmləri arasında “İrəvanın gizli irsi”, “Urmiya necə məhv olur” və “Türk damğaları” filmləri də var.
Ssenari müəllifi və prodüser Elmira Musazadə qeyd edir: “Holokost” və “Aparteid Divarı” sadəcə, keçmişdən gələn qorxulu sözlər deyil. Bu, insanları bir torpağı iki tərəf arasında paylaşmağa məcbur edən reallıqdır. Biz yaşamaq uğrunda aparılan bu müharibəni özünü onun episentrində tapanların qorxusu, ağrısı və ümidi vasitəsilə göstərdik. Bizim üçün bu mükafat həqiqətin tez-tez bulanıq olduğu bir dünyada dürüst jurnalistikanın əhəmiyyətinin etirafıdır. Və xüsusilə sevindirici haldır ki, Azərbaycan telekanalı tamaşaçıların etimadını qazana bildi”.
FEEDBACK Qadın Filmləri Festivalı qadın-kinematoqrafçılar və ssenaristlərin əsərlərini nümayiş etdirən beynəlxalq festivaldır. Festivala qəbul edilmiş filmlər iki platformada nümayiş etdirilmək üçün unikal imkan əldə edir: tamaşaçı rəylərinin də yer aldığı ənənəvi film nümayişlərində, həmçinin kino sənayesinin peşəkarları və kinoşünaslar üçün striminq yayımı festivalı çərçivəsində.
“İkiyə bir torpaq. Yaşamaq uğrunda mübarizə” CBC-nin istehsal etdiyi beynəlxalq sənədli filmlər festivalına namizəd olan ilk sənədli film deyil. Keçən il kanalın bir neçə sənədli filmi nüfuzlu beynəlxalq mükafatlar qazanıb. Onların arasında Türkiyə Beynəlxalq İpək Yolu Film Festivalının (İnternational Silk Road Film Festival) ən yaxşı sənədli filmi olmuş və ABŞ-da Nyu York Beynəlxalq Film Mükafatlarının (New York International Film Awards ) müsabiqə proqramının iştirakçısı olan “ Türk Damğaları”; Xorvatiyanın “Smaragdni eko” film festivalı, Malayziya Beynəlxalq Kuala Lumpur Eko Film Festivalı və Braziliya Ecocine - Ətraf Mühit və İnsan Haqları Film Festivalının (Ecocine - Environment and Human Rights Film Festival) müsabiqə proqramına daxil edilmiş “Urmiya necə ölür” filmi, həmçinin Türkiyənin Nartuqan Film Festivalınınmüsabiqə proqramının iştirakçısı olmuş “Türkiyədə Faciə” filmi də var. CBC-nin beynəlxalq festival platformasında diqqəti cəlb edən filmləri arasındaLos-Ancelesdə keçirilən IndieX Film Fest beynəlxalq qısametrajlı filmlər festivalının iki nominasiya üzrə: “Ən yaxşı qısametrajlı sənədli film” və “Ənyaxşı montaj” nominasiyaları üzrə mükafatını almış, İrəvanın Azərbaycan tarixindən bəhs edən telekanalın “İrəvanın gizli irsi” filmini də qeyd etmək lazımdır. Müəllif və ssenarist Elşən Rüstəmovun bu əsəri həm də Amsterdamda keçirilən nüfuzlu Around Beynəlxalq Film Festivalının (Around International Film Festival) finalçısı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see198

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see147

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see132

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see129

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see128

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see126

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see125

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see125

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see125

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see123

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri