Icma.az
close
up
RU
Cəbəllütariqdə qazanılan üç xal

Cəbəllütariqdə qazanılan üç xal

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqlə səfər matçında minimal hesablı qələbəyə sevinib. Yeganə qolu ikinci hissədə Murad Məmmədov vurub.

Dünya futbolunda səviyyəsinə görə ən zəif 2-3 kollektivdən biri olan Cəbəllütariqə qarşı bir qollu qələbə komanda haqda müsbət fikirlər yaratmır. U-21 hər iki hissədə üstün futbol oynasa da, sonluq problemi ciddi sıxıntılar yaratdı. “Neftçi” ilə Premyer Liqa matçlarına çıxan Ağadadaş Salyanski ilk hissədə bir neçə real qol şansını boşa verdi.

Hücumların yekununda demək olar, hardasa bütün toplar çərçivədən kənar keçirdi. Məmmədovun qolu da fərdi bacarıqları hesabına vuruldu. Cinahdan reyd edən vinger baxımlı qolla ilk qələbəni gətirən qola imza atdı.

Portuqaliya, Çexiya, Şotlandiya, Bolqarıstan kimi komandalarla yer alan milli üçün əsas qələbə gətirəcək oyunlar məhz Cəbəllütariqə qarşı olanlardır. Səfərdən üç xal qazanıldı, qarşıda ev oyunu olacaq. Qrupda 5 xalla 5-ci olan Azərbaycan yığması Bolqarıstandan 2 xal geri qalır.

Ayxan Abbasovla seçmə mərhələyə başlayan milli indi Eyyubova həvalə edilib. Müəmmalı təyinatı ilə suallar yaradan mütəxəssisin komandaya hansısa toxunuşu da hiss edilmir. Abbasovun qurduğu sistemlə irəliləyən mütəxəssis bəlkə də, U-21-də nəticə qazanmaqla özünə də xal toplayır.

Hər bir halda, futbolda önəmli olan statistika yox, nəticədir. Baş məşqçi kimi ilk təcrübəsini yaşayan Eyyubov U-21-lə 3 oyunda 4 xal qazanıb. Çexlərə səfərdə alınan 0:5 hesablı məğlubiyyətdən sonra Bakıda şotlandlarla heç-heçə edən milli Cəbəllütariqə də qalib gəldi.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri