Icma.az
close
up
RU
Menu

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Futbol bileti olanlar vizanı tez alacaqlar

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

Elşad Əliyev istefa ərizəsi yazdı

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib

Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir Bədəl Bədəlov

Cəbrayılın azad olunması şanlı Zəfər tariximizin mühüm səhifələrindəndir Bədəl Bədəlov

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalaraq işğal edilib. İşğal zamanı Cəbrayıl inzibati baxımdan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Əraziyə nəzarətin itirilməsi həm də xalqın sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurub. Hesablamalara görə, bu rayona dəymiş ümumi maddi ziyan 13,928 milyard ABŞ dolları məbləğində qiymətləndirilib". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputat bildirib ki, 1050 kvadrat kilometr ərazisi olan və 52 mindən çox əhalinin yaşadığı rayon tamamilə viran qoyuldu. İşğal nəticəsində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və minlərlə yaşayış evi məhv edildi. Birinci Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid oldu, 191 nəfər isə ömürlük əlilliyə düçar edildi. Bu igid oğullardan 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü:

"Cəbrayıl işğaldan əvvəl respublikanın ən dinamik inkişaf edən rayonlardan biri idi. Əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd təsərrüfatı ilə yanaşı, təhsil və səhiyyə sahəsində də yüksək göstəricilər qeydə alınıb. Rayonda 510 çarpayılıq xəstəxana fəaliyyət göstərir, 92 həkim və 432 orta ixtisaslı tibb işçisi əhaliyə xidmət göstərib. Cəbrayılda fəaliyyət göstərən 72 məktəbdə 1660-dan çox müəllim minlərlə şagirdin elmi biliklərə yiyələnməsinə töhfə verib. Mədəni həyat da zəngin idi, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 78 kitabxana və 20 mindən çox eksponata malik tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Lakin erməni işğalı zamanı bu bütün sərvətlər amansızlıqla məhv edildi. Qədim tarixi və dini abidələr – “Divlər Sarayı” mağarası, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, Dairəvi türbələr, yüzlərlə məscid və qəbiristanlıq erməni vandalizminin hədəfinə çevrildi. İşğal cəbrayıllıların həyatında böyük fəlakətə çevrildi. On minlərlə insan doğma yurdlarından didərgin düşərək ölkənin 58 rayonunda, minlərlə yaşayış məntəqəsində, düşərgələrdə və yararsız binalarda məskunlaşdı. Məcburi köçkünlük illəri onlara ağır sınaq olsa da, cəbrayıllılar öz torpaqlarına qayıdacaqları günə böyük ümidlə yaşadılar.
1994-cü ilin yanvarında Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi azad edildi. Bu kənd işğal altındakı torpaqların bir gün mütləq azad olunacağına inamın təcəssümünə çevrildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması isə Böyük Qayıdışın başlanğıcı oldu. Cocuq Mərcanlıda həyatın yenidən bərpası cəbrayıllılar üçün yeni ümid qığılcımı oldu.

27 illik işğal tarixini sona çatdıran Vətən müharibəsində Cəbrayıl rayonunun azad edilməsi mühüm tarixi dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan döyüşlərdə Azərbaycan Ordusu ilk strateji uğurlarını məhz bu istiqamətdə qazandı. Elə həmin gün Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunması ilə Qələbə yolunun təməli qoyuldu, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan qurtarıldı. Nəticədə ümumilikdə 1 şəhər və 90 kəndin azad olunması həm şanlı ordumuzun hərbi gücünü, həm də xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi.
Cəbrayıl əməliyyatı həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Bu uğur sonrakı mərhələlərdə Zəngilan, Qubadlı və Laçının azad olunmasına yol açdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Qəhrəmanlıq göstərən hərbçilərin şücaəti yüksək qiymətləndirildi və 22 mindən çox əsgər və zabit “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.

Cəbrayılın azad olunmasının ən möhtəşəm təzahürü Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması oldu. Bu əlamətdar hadisə tarixi ədalətin bərpası, xalqın birliyinin və mübarizə əzminin təntənəsi idi. Həmin körpü üzərində dalğalanan üçrəngli bayraq bütün millət üçün qürur anına çevrildi. 

Azadlıqdan sonra Cəbrayıl sürətli bərpa və inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. Burada logistika mərkəzləri, gömrük və ticarət infrastrukturu, anbarlar və TIR parkı inşa edilir. Bu layihə təkcə rayonun deyil, bütövlükdə regionun iqtisadi potensialını gücləndirəcək.
Enerji sahəsində də mühüm addımlar atılıb, 2021-ci ilin 4 oktyabr tarixində istifadəyə verilən Cəbrayıl yarımstansiyası rayonun enerji təminatında əhəmiyyətli rol oynayır. Nəqliyyat sahəsində isə Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu böyük əhəmiyyət daşıyır və Zəngəzur dəhlizinin əsas hissəsi kimi regional əlaqələri genişləndirəcək.
Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” regionun gələcək inkişafını müəyyənləşdirən strateji sənəd oldu. Baş plana əsasən, şəhərdə 15 minə yaxın əhali yaşayacaq, müasir memarlıq üslubunda yaşayış binaları, sosial infrastruktur, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa ediləcək.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunub. Bu qərara əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü elan edilib. Şanlı tarix xalqın mübarizə ruhunun və yenidənqurma iradəsinin təntənəsidir. Böyük Qayıdış prosesi çərçivəsində 2024-cü ilin 26 sentyabr tarixində Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb. İndiyədək 659 ailə – 2856 nəfər bu rayona qayıdıb, həmin proses milli birliyin, tarixi ədalətin və Vətən sevgisinin bir təzahürüdür.

Artıq Cəbrayıl bərpa, yenidənqurma və parlaq gələcəyin bariz nümunəsinə çevrilib. Şəhər və kəndlərdə həyata keçirilən genişmiqyaslı layihələr həm infrastrukturun, həm də sosial mühitin inkişafına təkan verir. Burada yaşayan insanlar bölgənin bərpa prosesində fəal iştirak edərək, doğma torpaqlarının yenidən canlanmasına öz töhfələrini verirlər".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see200

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see189

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see173

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see151

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see149

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see139

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see139

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see135

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see135

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see132

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see129

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see125

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see124

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see122

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see121

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see120

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see118

Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib

17 Noyabr 2025 01:04see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri