Icma.az
close
up
RU
Zəfər tariximizin şanlı səhifəsi

Zəfər tariximizin şanlı səhifəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

26 avqust Azərbaycan tarixində xüsusi yeri olan günlərdən biridir. 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə bu tarix Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün yalnız şəhərin azad edilməsinin simvolu deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ kimi dəyərləndirilir. 30 ilə yaxın işğal altında qalan Laçın bu gün müasir və abad bir şəhərə çevrilir. Prezident İlham Əliyev şəhərdəki çıxışında Laçının yeni inkişaf dövrünü belə xarakterizə edib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Laçın şəhəri Azərbaycanın dağlıq bölgəsində, mühüm coğrafi mövqedə yerləşir. O, Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən qapı rolunu oynayır. Zəngin təbiəti, dağ çayları, yaylaqları, eləcə də qədim abidələri Laçını Azərbaycan mədəniyyətinin incilərindən birinə çevirir. Azğın düşmənin torpaqlarımızı işğal etdiyi dövrdə Laçın şəhəri dağıntılara məruz qalmış, evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilmişdi. Bu gün isə şəhər yenidən dirçəlir. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın rayonu da bərpa olunur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. Dövlətimizin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçında genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış binaları, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir.

Laçının azad olunması və şəhərin bərpası Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və dövlətimizin iradəsinin təntənəsidir. Bu gün Laçın sadəcə bir rayon deyil, həm də xalqımızın qürur simvolu, zəfər rəmzidir. Laçında bərpa olunan həyat həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də gələcək nəsillərə verilən böyük bir mirasdır.

Laçın şəhərində aparılan quruculuq işləri geniş miqyas alıb. Burada artıq müasir yaşayış binaları və fərdi evlər inşa edilir, şəhərin siması tamamilə yenilənir. Sakinlərin rahatlığı üçün məktəb, uşaq bağçası, xəstəxana və mədəniyyət mərkəzləri tikilir.
Eyni zamanda, rayonda elektrik, su, qaz və rabitə infrastrukturu tamamilə yenidən qurulur ki, bu da Laçının müasir şəhər standartlarına uyğun inkişafına şərait yaradır.
Qarabağın digər bölgələri kimi Laçında da “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Artıq Zabux və Sus kəndlərində yeni evlər tikilərək ilk köçkün ailələri doğma torpaqlarına qayıdıb. Bu qayıdış, həm dövlətin gücünü, həm də xalqın torpağa bağlılığını göstərən tarixi hadisə kimi qiymətləndirilir.

26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının qürurla qeyd etdiyi tarixdir. Bu gün yalnız işğaldan azadlığın deyil, həm də yeni inkişaf dövrünün başlanğıcı kimi dəyərləndirilir.
Laçının siması bu gün tamamilə dəyişir: müasir infrastruktur, abad məhəllələr, sosial obyektlər və gözəl mənzərə ilə Laçın “cənnət məkanı” na çevrilir. Bu, həm dövlətin gücünün, həm də xalqın iradəsinin təntənəsidir.

Laçın şəhəri günü bizə xatırladır ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyat yenidən doğulur və bu torpaqlar artıq sülhün, inkişafın və gələcəyə inamın ünvanına çevrilib.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri