Icma.az
close
up
RU
Şanlı tariximizin zəfər zirvəsi

Şanlı tariximizin zəfər zirvəsi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan dünya miqyasında o güclü və qüdrətli dövlətlərdəndir ki, daxili problemlərini, üzləşdiyi çətinlikləri özü həll edir. Bunun əyani sübutu olaraq 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsini göstərmək olar. BMT-nin Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsi barədə 4 qətnaməsi olduğu halda qəsbkar dövlət qətnamələri icra etməkdən imtina etmişdir. Eyni zamanda, digər nüfuzlu beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycan torpaqlarını azad etməsinə dair qərarlar qəbul etməyinə baxmayaraq xunta rejimi dünya birliyinə qarşı hörmətsizlik nümayiş etdirmişdir. Nəhayət, Azərbaycan hərəkətə keçərək özü öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Dünya hərb tarixində görünməyib ki, qısa müddətdə hansısa ordu geniş coğrafi ərazidə uğurlu hərbi əməliyyatlar keçirib, düşmənin hərbi silah-sursatını canlı qüvvəsini məhv edib, böyük zəfərə imza atsın. Azərbaycan ordusu, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə özlərini qüdrətli sərkərdə, məğlubedilməz ordu kimi təqdim edən ordunun bacarmadığını 44 günlük Vətən Müharibəsində reallaşdırdı.

Ermənistan cəmi 44 gün müqavimət göstərə bildi

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı sayılan Şuşa şəhəri daxili olmaqla Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan və digər rayonlarını, o cümlədən Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini və ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib. Yəni Ermənistan Azərbaycan ordusunun surətli hücumu qarşısında duruş gətirməyəcəyini başa düşərək ağ bayraq qaldırıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.Üçtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev qalib Azərbaycan xalqına müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.

Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik: “Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır... Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

Azərbaycan Prezidenti İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi....Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Qarabağın separatçılardan təmizlənməsi

Ermənistanın məğlubiyyətindən sonra hesab etmək olar ki, bölgəyə sülh gələcək, separatizmə, terrora son qoyulacaq. Lakin Ermənistandakı revanşist qüvvələr, o cümlədən 30 il ərzində Ermənistanın hakim rejiminə hərbi, siyasi, maliyyə yardımları göstərən xarici qüvvələr regionda sabitliyin yaranmasına imkan vermədilər. Məhz Ermənistana göstərilən siyasi hərbi, dəstək nəticəsində Azərbaycanın sərhəd bölgələrində ardıcıl erməni təxribatlar baş verdi. Baxmayaraq ki, 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. İşçi qrupunun vəzifəsi bölgədə sabitliyə nail olunması və sərhədlərin delmitasiyasını həyata keçirmək idi. 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə ermənin məhv etdi, çoxsaylı hərbi texnikanı sıradan çıxartdı. İrəvandakı hakim rejimin tapşırığı ilə Qarabağdakı erməni separatçıları ara-sıra ordumuza qarşı terror əməllərinə cəhdlər göstərirdilər. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Qarabağdakı erməni separatçılarına silahı yerə qoymaq və təslim olunmaları üçün xəbərdarlıqların edilməsinə baxmayaraq nəticə olmadı. Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digər separatçılar ordumuza və mülki əhaliyə qarşı terror əməllərini həyat keçirirdilər. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, separatçılar üçün dərs olmadı. Əksinə, xarici güclərə arxalanaraq humanitar yönlü “Laçın” yolundan hərbi yüklərin daşınmasını təşkil edir, mülki insanlarımıza atəş açırdılar. Təbii ki, separatizm uzun çəkə bilməzdi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bununla da separatçılara Ermənistandan silah sursat daşınmasının qarşısı alındı. Lakin Xankəndində ki terrorçu dəstə hərəkətə keçərək ordumuza qarşı açıq terror aktları həya keçirməyə cəhd göstərdi. Bu zaman Azərbaycan sərt cəza tədbirləri həyata keçirməyə məcbur oldu. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Separatçıların əsas başçıları isə hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək ordumuz istintaqa təhvil verildi. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Artıq Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digərləri məhkəməyə çıxmağa hazırlaşırlar. Bununla bağlı mətbuata açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq:“Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.

Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də ölkəmizin Konstitusiyasına arxalanmışdır. Qanunlara gör, ölkə daxilində ərazilərin bölünməsinə, terror aktlarına cəhdlər qatı cinayət hesab olunur. Cinayətkar isə heç bir halda cəzasız qala bilməz. Azərbaycan lokal antiterror tədbirləri ilə separatçıları zərərsizləşdirməyə nail oldu. Cəmi 23 saat çəkən əməliyyatın gedişində separatçılar və onların əlaltıları sağ qalmaq üçün ağ bayraq qaldırdılar. Onlar Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılmasını yalvardılar. 23 saatlıq lokal antiterror əməliyyatlarının nəticəüində separatçılar təslim oldular, 90-dan artıq döyüş mövqeyi Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldü, terrorçu xuntanın buraxıldığı elan edildi.

Bundan sonra Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəd yerinə yetirildi. Terrorçu rejimin buraxılması ilə ermənilər bölgəni tərk etməyə başladılar.

İşğaldan azad edilən ərazilərin bərpasına 4 milyard manat ayrılacaq

Bu gün işğaldan azad edilən ərazilərimiz sakit və rahat nəfəs alır. Çünki 30 ildən sonra bölgəyə o yerlərin əsl sahibləri qayıdıb. Minlərlə keçmiş məcburi köçkün dövlətin hazırladığı və çox böyük uğurla həyata keçirdiyi “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq Şuşaya, Xocalıya, Laçına, Füzuliyə, Ağalı, Talış, Zabux və digər bərpa edilən yurd yerlərinə qayıdırlar. İşğaldan azad edilən ərazilərdə böyük quruculuq və abadlıq, bərpa işlərinin həyata keçirlməsi onu deməyə əsas verir ki, qısa müddətdə insanlar öz doğma yurdlarında məskunlaşacaqlar. Dövlət büdcəsindən bərpa və təmir işlərinə ayrılan maliyyə vəsaitlərinin də hər il artırılması da nəzərdə tutulan işlərin qısa müddət də başa çatacağını göstərir. 2025-ci ilin dövlət büdcəsinə nəzər yetirərkən məlum olur ki, büdcədən işğaldan azad edilən ərazilərin bərpa və quruculuq işlərinə ayrılan maliyyə vəsaitinin həcmi ötən il 2,5 milyard manat təşkil edirdisə, 2025-ci il də bu vəsaitin həcmi 4 milyard manat olacaq. Bununla bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir: ”2025-ci ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri üçün 4 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsait orta müddətli dövrdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək. Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir”.

Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin tez-tez işğaldan azad edilən ərazilərə səfər etməsi və yeni-yeni istifadəyə verilən yaşayış binalarının, dövlət və qeyri-dövlət obyektlərinin, iaşə ocaqlarının açılışında iştirak etməsi hər bir azərbaycanlıda qürur yaradır. Prezidentimiz İlham Əliyev bütün çıxışlarında azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunacağını bildirib: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see259

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see220

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see220

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see219

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see218

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see215

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see213

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see213

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see203

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see200

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see198

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see197

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see196

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see196

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see196

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see194

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see189

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see186

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see169

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri