Çeferindən FIFA ya sərt sözlər: “Futbol satılmır”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA prezidenti Aleksander Çeferin FIFA-nın “FIFA Forward Enterprise” (FFE) yaratmaq təşəbbüsü haqqında fikirlərini bildirib. Layihə Dünya Çempionatı və FİFA-nın digər turnirləri ilə bağlı kommersiya və əməliyyat hüquqlarının daimi payının özəl investorlara satılmasını nəzərdə tuturdu. Tənqidlərdən sonra bu ideyadan imtina edilib.
İdman.Biz AS-a istinadən xəbər verir ki, Çeferin futbolun onu oynayan, matçları izləyən və həyatını bu oyuna həsr edən insanlara məxsus olduğunu bildirib. Onun sözlərinə görə, futbola olan etimad azlığın yox, çoxluğun mənafeyi naminə birlik, şəffaflıq və idarəetmə üzərində bərqərar olur.
“Dünya futbolunun birliyini parçalayan layihə bəlkə də ləğv edildi, lakin onun sarsıtdığı etimad hələ də bərpa olunmayıb. İndi bizim vəzifəmiz onu geri qaytarmaqdır”, – deyə UEFA prezidenti bildirib.
“Futbol satılmır. UEFA illərdir məhz bunu deyir”, – Çeferin əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Sentyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















