“Çəhrayı oktyabr Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti aksiya Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Çəhrayı Oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti sosial aksiya həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Referans Medical Group”un təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dənizkənarı Bulvar İdarəsi və “Apar” şirkətinin dəstəyi ilə “Süd vəzi xərçənginə birlikdə YOX deyək!” şüarı altında keçirilən velosiped yürüşü Dənizkənarı Bulvar ərazisində baş tutub.
Yürüşdə 70-dən çox xanım iştirak edib. İştirakçılar tədbirin simvoluna çevrilmiş çəhrayı geyimlərdə çıxış edərək, qadınlarda süd vəzi xərçənginə qarşı maarifləndirmə və erkən diaqnostikanın vacibliyinə diqqət çəkiblər.
Tədbirin sonunda maarifləndirici seminar keçirilib. Seminarda iştirakçılara süd vəzi xərçənginin profilaktikası və erkən müayinənin əhəmiyyəti izah edilib.
Qeyd edək ki, bu, “Referans Medical Group”un sosial aksiyalara ilk dəstəyi deyil. “Referans Medical Group” cəmiyyətin sağlamlığı və maariflənməsi istiqamətində həyata keçirilən layihələrdə hər zaman aktiv iştirak edir.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















