Çəkiliş vaxtı qorxulu qəza: Burada hamı ölümlə üz üzədir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə Məsud Davudoğlu küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yaşanan problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Məsud Davudoğlu küçəsinin başlanğıcında olan piyada keçidinin prospekt istiqamətindəki hissəsi nizamlanmayan, əks tərəfi isə sanki nizamlanandır: "Gəliş istiqamətində işıqfor yalnız yolun sol tərəfindədir. Bu da işığın əksi dirəyə düşdüyü üçün xüsusilə günün qaranlıq vaxtında sürücüləri çaşdırır".
Vurğulanıb ki, digər çaşdırıcı məqam isə kiçik dairədə yaşanır. "Əksər hallarda Məsud Davudoğlu küçəsindən gəlib sola - Azadlıq prospektinə dönmək istəyən sürücülər hündür yaşıllığa görə yaxınlaşan avtomobilləri görə bilmirlər. Bəzən nəticə ağır olur: qəza baş verir. Yaxşı olar ki, dairənin üzərindəki yaşıllığın hündürlüyü sürücülərin görmə səviyyəsinə uyğun olsun", - deyə əlavə edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Çəkiliş vaxtı qorxulu qəza: Burada hamı ölümlə üz-üzədir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Oktyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















