Burada hamı ölümlə üz üzədir: Çəkiliş vaxtı qəza VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə Məsud Davudoğlu küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yaşanan problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Məsud Davudoğlu küçəsinin başlanğıcında olan piyada keçidinin prospekt istiqamətindəki hissəsi nizamlanmayan, əks tərəfi isə sanki nizamlanandır:
"Gəliş istiqamətində işıqfor yalnız yolun sol tərəfindədir. Bu da işığın əksi dirəyə düşdüyü üçün xüsusilə günün qaranlıq vaxtında sürücüləri çaşdırır".
Vurğulanıb ki, digər çaşdırıcı məqam isə kiçik dairədə yaşanır.
"Əksər hallarda Məsud Davudoğlu küçəsindən gəlib sola - Azadlıq prospektinə dönmək istəyən sürücülər hündür yaşıllığa görə yaxınlaşan avtomobilləri görə bilmirlər. Bəzən nəticə ağır olur: qəza baş verir. Yaxşı olar ki, dairənin üzərindəki yaşıllığın hündürlüyü sürücülərin görmə səviyyəsinə uyğun olsun", - deyə əlavə edilib.
Ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Oktyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















