Icma.az
close
up
RU
Ekoloji faciə: minlərlə canlı ölümlə üz üzədir Səbəb

Ekoloji faciə: minlərlə canlı ölümlə üz üzədir Səbəb

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, buna səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısındakı bəndin açılması olub. Belə ki, kollektorun suyunun Xəzər dənizinə axıdılması nəticəsində Mahmudçala təsərrüfatı ilə kollektor arasında yaranan səviyyə fərqi balıqların kollektor istiqamətinə hərəkət etməsinə və tələf olmasına şərait yaradıb. Ekspertlər qeyd edirlər ki, bu proses ekosistem üçün ciddi fəlakət yaratmaq potensialına malikdir və su ekosistemindəki digər canlılar da risk altındadır.

Bu hadisənin bölgədə balıqçılıq təsərrüfatına və ekosistemə təsirləri necə qiymətləndirilir? Belə bir vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının (ATOTA) icraçı direktoru Cavid Cavadov deyib ki, yaşanan hadisə ekoloji faciədir:

“ATOTA olaraq Mahmudçalada baş verə biləcək ekoloji fəlakəti hələ qış aylarında proqnozlaşdıraraq həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həm də Biomüxtəliflik İdarəsini dəfələrlə məlumatlandırdıq. Təəssüf ki, heç bir tədbir görülmədi və hazırda Mahmudçala gölündə su səviyyəsi davamlı olaraq azalır. Problem təkcə suyun azalması ilə məhdudlaşmır. Hər saat minlərlə canlı, o cümlədən balıqlar, su siçanları, nutrialar, bala qoymuş su bataqlıq quşları tələf olur. Susuz qalan kiçik canlılar tülkü və çaqqallar tərəfindən məhv edilir, su bataqlıq quşlarının yumurtaları quruduğu üçün onların da həyatı risk altındadır. Balığın sayı qeydə alınmayacaq qədər azalıb və minlərlə balıq artıq tələf olub. Bu vəziyyət ərazinin ekosisteminə ciddi zərbə vurur və qısa zamanda tədbir görülməsi vacibdir.

Cavid Cavadov

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanmış memorandum əsasında birgə fəaliyyət göstəririk və bir çox layihələrdə dəstək oluruq. Lakin təəssüf ki, Nazirlik ovçuluq təsərrüfatlarının idarə olunması istiqamətində heç bir iş görmür, nəticədə bu təsərrüfatlar çox acınacaqlı vəziyyətdədir”.

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, Mahmudçala əvvəllər üç ayrı göldən ibarət olub:

“Zamanla müəyyən hissələri quruyaraq hazırda təxminən 5 min hektara yaxın ərazini əhatə edir. Göl dünya miqyasında əhəmiyyətli quşların miqrasiya marşrutu üzərində yerləşdiyindən beynəlxalq təşkilatlar tərəfindən vacib quşların yaşama arealı kimi tanınıb. Ərazidə Mahmudçala ilə əlaqəsi olan Zəvvar və Qırmızı kənd gölləri də mövcuddur. Qırmızı kənd Ovçuluq Təsərrüfatından sonra artıq Qızılağac Milli Parkı başlayır. 1960-cı illərdə bu ərazi ovçuluq təsərrüfatı elan edilib və hazırda ETSN-in tabeliyindədir. Lakin Nazirliyin mühafizə, qoruma və elmi tədqiqat işlərində fəaliyyəti yox dərəcəsindədir. 7 min hektarlıq ərazinin qorunmasına cəmi bir əməkdaşın cəlb edilməsi faktı idarəetmədə vəziyyətin ciddi olduğunu göstərir. Onun istirahət və məzuniyyət günləri nəzərə alındıqda, ərazinin faktiki olaraq qorunmadığı aydın olur”.

Ekspert qeyd edib ki, Mahmudçala təbii balıqçılıq üçün mühüm ərazilərdəndir:

Arzu Mustafayev

“Bu tip su hövzələri genefondun qorunmasına və ekosistemlərin davamlılığına mühüm töhfə verir. Gölün dayaz olması səbəbindən az miqdarda belə su itkisi onun həcminin kəskin azalmasına, suyun kimyəvi tərkibinin dəyişməsinə və ekosistemin stress vəziyyətinə düşməsinə gətirib çıxarır. Hazırda göldə balıqların kütləvi ölümünü müşahidə edirik, lakin burda digər bir məqam da var. Belə ki, bu hadisə nəticəsində amfibiyalar, müxtəlif həşəratlar və quşlar ya məhv olub, ya miqrasiya etməyə məcbur qalıb, ya da ərazini tərk ediblər. Bu, həm Biləsuvarın, həm də Azərbaycanın flora və faunasına ciddi zərbə vurur.

Mövcud vəziyyətin yaranmasında konkret maraqlı tərəflərin ola biləcəyi ehtimal olunduğundan hüquq-mühafizə orqanları məsələni bütün detallarına qədər araşdırmalı, ETSN isə dəymiş ziyanın dəyərini hesablayaraq Azərbaycanın qoşulduğu beynəlxalq Ourxud konvensiyasının tələblərinə müvafiq şəkildə ictimaiyyəti və aidiyyəti təşkilatları məlumatlandırmalıdır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri