Icma.az
close
up
RU
Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı

Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

31 iyul Böyük Britaniya yazıçısı, dünyanın 65-dən çox dilinə tərcümə edilən populyar "Harry Potter" romanlar seriyasının müəllifi Coan Ketlin Roulinqin doğum günüdür.

Kulis.az bu münasibətlə sözügedən məşhur əsərin əsasında çəkilən film haqqında maraqlı faktları təqdim edir.

Harri Potter 31 iyul 1980-ci ildə anadan olub. Bu tarix onun bürcünün Şir olduğunu göstərir. Şirlər cəsarətləri, liderlik keyfiyyətləri və sədaqəti ilə tanınırlar. Bu xüsusiyyətlər Harrinin hekayəsinin təməl daşını təşkil edir. Bundan başqa, o, əsərin yazıçısı Roulinq ilə eyni gündə anadan olub, bu da müəllifin Harridə özündəki bir çox keyfiyyətləri gördüyünü göstərir.

Harri Potterin eynək taxmasının həm fiziki, həm də simvolik səbəbləri var. Harri uşaqlıqdan bəri uzağı aydın görməkdə çətinlik çəkirdi. Bu detal personajın insanlığını önə çəkir və hər kəs kimi onun da qüsurlarının olduğunu nümayiş etdirir.

Eyni zamanda, Roulinq simvolik olaraq eynəyi Harriyə hədiyyə edib.

Müəllif onları obraza əlavə etməklə mükəmməl qəhrəmandan daha çox qüsurları və zəif cəhətləri olan bir obraz yaratmağı qarşısına məqsəd qoyub.

Bundan əlavə, Harri Potterin həm kitablarda, həm də filmlərdə 160 dəfə eynəklərini dəyişməli olduğunu qeyd etmək olar.

Filmlərdə Harrinin eynəkləri tez-tez sehrli zədələrdən sonra və ya döyüş səhnələri zamanı qırılırdı. Bu proses onun uşaqlıq illərində üzləşdiyi çətinlikləri və sonralar qaranlıq qüvvələrlə mübarizəsi zamanı aldığı yaraları simvolizə edirdi.

Onun eynəklərinin detalları kitablarda daha az nəzərə çarpsa da, bu kiçik aksesuar onun şəxsiyyətinin bir parçası olaraq qalır.

Severus Sneyp "Harry Potter" seriyasındakı ən mürəkkəb və dərin xarakterlərdən biridir.

Onun yağlı saçları həm vizual üslub rolunu oynayır, həm də Sneypin ağır həyat şəraitini və diqqətdən kənarda qalan şəxsi gigiyenasını əks etdirir.

Bu detal həm də Sneypin xarici aləmdən təcrid olunmasını simvolizə edir.

"Harry Potter" haqqında bilmək lazım olan şeylər arasında bu cür təfərrüatlar personajı daha yaxşı anlamağa kömək edir.

Əlavə olaraq, serialda Harri Potter haqqında çoxlu sirlər var.

Məsələn, Dambldorun qardaşı haqqında həqiqət, Severus Sneypin Harrini qoruması və Tom Riddlin keçmişi ilə bağlı ipuclar serialı zənginləşdirən detallardandır.

Roulinq bu sirləri bir-bir açmaqla oxucuları təəccübləndirməyi bacarıb.

Serialdakı bəzi tarixlər olduqca əhəmiyyətlidir. Məsələn, 31 iyul Harrinin doğum günü kimi tanınır.

1 sentyabr Hoqvarts qatarının hər il "King's Cross Station"dan yola düşdüyü gündür.

Bundan əlavə, 2 may 1998-ci il Hoqvarts döyüşü və Voldemortun məğlubiyyəti tarixi kimi qeyd olunur.

"Azkaban Məhbusu"nda gördüyümüz qorxunc məxluqlar depressiyada olan müəllif Roulinqin duyğularının izlərini daşıyır.

Belə ki, Roulinqin anası dağınıq skleroz adlı ölümcül xəstəliyə tutulduqdan sonra 1990-cı ildə ölür.

Roulinq anasının ölümündən sonra onun yoxluğu ilə mübarizə aparmalı olub, depressiyadan əziyyət çəkib.

Bu məqsədlə o, öz duyğularının ifadə vasitəsi kimi əsərində qorxunc məxluqları təsvir edib.

Filmin rejissoru “Fəlsəfə Daşı” filminin istehsalına başlamazdan əvvəl Heyli Coel Osmentin baş rolu oynamasını istəyirdi.

O, əsərin müəllifi ilə fikir ayrılığına görə filmin rejissorluğundan imtina etdikdən sonra, Roulinq işi Kris Kolumbsa tapşırır.

Harri üçün 300-ə yaxın seçmələrdən sonra Daniyel Redklayf rola layiq görülür.

"Harry Potter və lənətlənmiş uşaq" səhnə əsərində Harri Potterin yetkinlik illəri təsvir edilib.

Harri böyüdükdən sonra "Sehir Nazirliyi"ndə işləməyə başlayır və nəticədə oranın mühafizəçisi olur. O, həmçinin Cinni Uizli ilə evlənir və üç övladı olur.

Məşhur aktyor vəfat etdi Arif Babayevin son vəziyyəti Gənc kinematoqrafçılar beynəlxalq festivalda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri