Icma.az
close
up
RU
Çəkilişlərdə verilən pirojki mədəmi xəstə etdi

Çəkilişlərdə verilən pirojki mədəmi xəstə etdi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktrisa Pərvin Abıyeva film və seriallara çəkilməməsindən danışıb.

Ölkə.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlama verib.

Sənətçi rejissorlarla münasibətindən söz açıb:

"Bizim rejissorlar gəlib hələ mənim gözümə girsinlər, ondan sonra onların gözlərinə girərəm. Bizdə setin "Allahı" rejissordur. Bütün dünyada filmi prodüserlər, prodakşnlar, bizdə isə rejissorlar çəkirlər. Bizim yaxşı rejissorlarımız da var... Hamısını eyni tərəziyə qoymaq düzgün olmaz. Mənim çalışdığım rejissorlar özləri filmləri çəkirlər, özləri maliyyəni tapırlar. Bunun üçün biri avtomobilini, digəri evini satır. Amma yenə də problemin başı madiyyatdır. Aktyora film başına 500-1000 manat təklif etsən, o qonorarın qarşılığında "oynayacaq". Keyfiyyət də - yəni filmi çəkəcəyin texnika, işçi heyəti də çox önəmlidir. Aktyorların setdəki rahatlığı çox önəmlidir. Setdə rejissordan sonra ikinci hörmət olunası insan aktyordur. Bəlkə də insanlar düşünürlər ki, mənə filmə çəkilməyə təkliflər gəlmir. Amma vallah gəlir. İndi telefonumu açsam, görə bilərsiniz orada neçə rejissor və film söhbətləri var. Neçəsindən imtina etmişəm. İki gün əvvəl bir filmə çəkilməyə imtina etdim. 

Çəkənlər barəsində heç bir şey deyə bilmərəm. Amma görünür ki, hər zamankı kimi yenə də maliyyə problemi var. Rejissor öz cibindən və büdcəsindən film çəkir. O məni öz filmində görmək istəyir. Amma mənə elə gülünc rəqəm təklif edirlər ki... Anlamırlar... Hamı dəstək istəyir. Okey, gəlim olum dəstək. 12 ildir ki, bu sahədəyəm. Bu illər ərzində bütün rejissorlara da, aktyorlara da, heyətə də öz cibimdən pullar xərcləmişəm. Bacardığım qədər görmüşəm ki, vəziyyət yaxşı deyil, əlimdən gələni etmişəm ki, aktyorlar və setdə çalışan insanlar üçün də rahat olsun. O rejissora dedim ki, o pula gəlib sizin filminizə çəkilməkdənsə, havayı gəlib oynayaram. Sənə bax belə dəstək olaram. Amma mənim sağlamlıq vəziyyətim artıq buna icazə vermir. Burada günah isə hər büdcəyə çəkilməyə razı olan aktyorlardadır. Niyə? Çünki onlar hər şeyə çəkilirlər, hər təklifə gedirlər. Axı siz dəyərlisiniz. Bizim cəmiyyət bu sənəti anlamır. Tamaşaçılar filmə elə-belə baxırlar. Onlar aktyorların çəkdiyi zəhməti və əziyyəti anlamırlar. Aktyorlara dəyər vermirlər. Buna görə də onlar özləri özlərinə dəyər vermirlər. Çünki sənətlərini dəyərləndirən yoxdur. Fikirləşirlər ki, 5-10 manatımı qazanım da, heç nə olmaz. 

Bizim aktyor və aktrisalarımız çox kasıbdırlar. Onları qınamıram amma bir yandan da istəmirəm onlar bu məbləğə və bu şəraitdə film və seriallara çəkilsinlər. İstəmirəm özlərini belə ucuz tutsunlar. Baxıram ki, Türkiyədə, Amerikada aktyorlar çəkildikləri filmlərdən həftəyə milyonlarla pullar qazanırlar. Amma bizim ən güclü və sənəti gözəl aktrisamıza rejissorlar 1500-2000 manat pul verə biləcəklərini deyirlər. Bu yazıq aktrisa nə etsin? O boyda Xalq və Əməkdar artist nə etsin? Çünki onlara ondan artıq pul verilmir. Təklif edirəm ki, bütün aktyorlar öz qiymətlərini qaldırsınlar. Hər gələn təklifə razılıq verib, çəkilməsinlər. Siz çox dəyərlisiniz. Çox dəyərliyik. Azərbaycanda aktyorlara setlərdə verilən yemək - dönər, kolbasa çörəkdir. Və ya yeməkləri elə keyfiyyətsiz yağda bişirirlər ki... Qeyri-adi yeməklər, sendviçlər, pirojki. Aktyorların yığışıb oturub, dincələ biləcəyi yer belə olmur. Mənə deyirlər ki, niyə belə arıqlayırsan? Mənim qida borum və mədəm xəstədir. Bu nədəndir? Bu çəkilişlərdə verilən yeməklər, yuxusuz qaldığım gecələr. Bu isə sənin dərinə də, saçına da, bədəninə və orqanizminə təsir edir və tez qocalırsan".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri